IQNA

Səudiyyəli rəssamın baxış bucağından Qurandakı rənglər

11:17 - June 02, 2023
Xəbər sayı: 3494267
Səudiyyəli rəssam Məhəmməd Əl-Musəlla “Qurandakı rənglər” başlıqlı görüşdə Quranda rəng anlayışı və onun müxtəlif mənaları, eləcə də bu mövzuda Quranın elmi möcüzəsi haqqında danışıb.

"İQNA", "Cəhatul-Əxbariyyə"-ə istinadən xəbər verir ki, Səudiyyəli təsviri sənət rəssamı Məhəmməd Əl-Müsəlla, Dammamda Şərqi Ərəbistan Vizual Sənətlər Dərnəyində keçirilən “Qurandakı rənglər” adlı toplantıda Qurandakı rənglərdən danışıb.

O, bildirib: "Rənglər duyğularla əlaqələndirilir, biz bir rəngə nifrət edə və ya sevə bilərik, ancaq bu, müəyyən bir vəziyyətlə əlaqəli olduğu üçündür".

Bu görüş səudiyyəli rəssamın “Qurandakı rənglər” adlı kitabı haqqında keçirilən mühazirələrin bir hissəsidir. O, bu rəngləri soyuq və isti və ya əsas və ikinci dərəcəli rənglərə ayıraraq dedi: "Bu rənglərdən bəziləri Qurani-Kərimdə də qeyd edilmişdir".

Müsəlla qeyd edib: "Qurani-Kərimdə rənglər məsələsinə toxunulması Quran ayələrində qeyd olunan bədii sözlərə bədii baxımdan baxan elmi araşdırmaların nəticəsidir".

Görüşdə o, Quranda qeyd olunan rənglərin mahiyyətindən, Quranda qeyd olunan ayələrdən və bu rənglərlə bağlı Quran möcüzələrindən danışıb.

Onun sözlərinə görə, rəng mənasını verən “Əlvan” kəlməsinə Qurani-Kərimin cəmi 7 ayəsində və yeddi mövqedə rast gəlinir. Bu rəqəm görünən spektrdəki rənglərin sayına bərabərdir və onun fikrincə, bu kainatdakı ilahi sirlərin bir cəhətidir. Quranda “rəng” kəlməsi bəzən rəngin formasını və onun sifətlərini ifadə etmək üçün işlədilir. Bəzən də başqa məsələlərin rəmzidir. Quranda qeyd olunan “rəng” təkcə rəng mənasında deyil. Lakin bu həm də Qurani-Kərimdə rəng örtüyü və ya həmin rəngin intensivliyi deməkdir. Qurani-Kərimdə rəng bəzən insan xüsusiyyətlərini ifadə etmək üçün istifadə olunur.

4144965

captcha