İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Fələstinli Əsirlər Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail hərbçilərinin gecə saatlarında işğal altındakı İordan çayının qərb sahilinə basqın etdiyi bildirilib.
Bu basqınlarda 6-sı keçmiş məhbus olan 12 fələstinlinin müxtəlif iddialarla saxlandığı bildirilib.
İordan çayının qərb sahilindəki və Şərqi Qüdsdəki evlərə tez-tez basqın edən Siyonist İsrail rejimi qüvvələri fələstinliləri müxtəlif iddialarla həbs edir.