IQNA

Sarayevoda naməlum şəxslər məscidə silahlı hücum ediblər

23:46 - February 21, 2021
Xəbər sayı: 3489320
Tehran (IQNA) - Bosniya-Herseqovinanın paytaxtı Sarayevo şəhərində naməlum şəxslər məscidə silahlı hücum edərək məscidin minarəsini gülləyə tutublar.

Tehran (IQNA) - Bosniya-Herseqovinanın paytaxtı Sarayevo şəhərində naməlum şəxslər məscidə silahlı hücum edərək məscidin minarəsini gülləyə tutublar.

Silahlı basqin nəticəsində Sarayevonun Fuça rayonunun Alaga məscidinin minarəsinə ciddi zərər dəyib.

Gurazdi şəhərinin müftisi Ramsiya Pətiç bu barədə polisə məlumat verildiyini deyib.

Müfti deyib: Ölkə qanunlarına görə vətəndaşlar iriçaplı ağır silahlar gəzdirə bilməzlər. Amma minarəyə dəyən zərərlər göstərir ki, hücumda ağırçaplı silahlardan istifadə edilib.

O əlavə edib: Ümid edirik ki, bir də belə hallar baş verməyəcək. Hər şeyə rəğmən əhali öz sakit həyatına davam edir.  

Bosniyanın İslami və Dini İşlər Birliyi məscidin minarəsinə edilə silahlı hücumu məhkum edib.  

Qeyd edək ki, bu məscid daha öncə Serbistan silahlı qüvvələrinin işğalçı hücumu nətincəsində 1990-cı ildə dağıdılmış və 2019-cu ildə yenidən təmir edilərək istifadəyə verilmişdir. /3955428

captcha