IQNA

Beynəlxalq Amnistiya Təşkilatı: "İsrail Qəzzaya barbar hücumlarını dayandırmalıdır"

5:38 - March 28, 2024
Xəbər sayı: 3495699
İQNA - Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Aqnes Kallamard Qəzzada fövqəladə atəşkəs qanun layihəsinin qəbul edilməsini alqışlayıb və İsrailin vəhşicəsinə bombardmanının dərhal dayandırılmasını və daimi atəşkəsin yaradılmasını istəyib.

Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Aqnes Kallamard özünün X sosial media hesabında yazıb: “İsrail Qəzzanın vəhşicəsinə bombalanmasını dərhal dayandırmalı və humanitar yardımın paylanmasını asanlaşdırmalıdır. İsrail, Həmas və digər silahlı qruplar atəşkəsin davamlı olmasını təmin etməlidir. Özbaşına saxlanılan bütün fələstinlilər, eləcə də mülki girovlar dərhal azad edilməlidir.

Kallamard həmçinin öz yazısında qeyd edib: “Beynəlxalq ictimaiyyət siyasət oynamağı dayandırmalı və bu qərarın daimi atəşkəsə yol açmasını təmin etməklə insanların həyatını xilas etməyə üstünlük verməlidir”.

captcha