IQNA

BMT islamafobiya ilə mübarizə üçün addımlar atır

11:17 - March 17, 2024
Xəbər sayı: 3495647
İQNA - Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 15 Mart Beynəlxalq İslamofobiya ilə Mübarizə Günündə İslama qarşı düşmənçiliklə mübarizə üçün atılacaq addımlar haqqında qətnamə layihəsini qəbul edib.

 “TRT Xəbər”in verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının zalında keçirilən səsvermədə 0 “xeyr”, 44 “qərarsız” və 115 “bəli” səsi ilə nəticələnib.

"Qərarsız səs"dən istifadə edən 44 ölkə arasında Fransa, İngiltərə, Almaniya, İtaliya, Yunanıstan, İsveç, İsveçrə, Finlandiya, Ukrayna və Hindistanın yer alması diqqət çəkib.

Qətnamə layihəsini hazırlayan və qətnaməni birgə təqdim edən qrupda yer alan Türkiyə səsvermə zamanı bəyan edib ki, İslamofobiya ilə mübarizəyə dair qətnamə layihəsinin müzakirəsi zamanı lazımi çeviklik nümayiş etdirilib.

Türkiyə nümayəndə heyəti səsvermədən əvvəl Baş Assambleyada əhatəli mətn olan layihənin dəstəklənməsinə çağırıb və qanun layihəsinə gətirilən düzəliş təkliflərinin əleyhinə səs verib.

Qəbul edilən qərarda bütün növ KİV-lərdə ayrı-seçkiliyə, zorakılığa və dini nifrətə, habelə müsəlmanlara, o cümlədən müqəddəs kitablara və məkanlara qarşı dini dözümsüzlük, stereotip və düşmənçiliyi təşviq edən nəşrlər və yazılar pislənilib.

Qətnamədə BMT Baş katibi Antonio Quterreşdən islamofobiya ilə mübarizə üçün “Birləşmiş Millətlər Təşkilatının Xüsusi Nümayəndəsi”nin təyin edilməsi tələb edilib və üzv dövlətlər dini dözümsüzlük və müsəlmanlara qarşı zorakılıqla mübarizə üçün bütün lazımi tədbirləri, o cümlədən hüquqi və siyasi tədbirləri görməyə çağırıb.

Qərar həmçinin mədəniyyətlər və sivilizasiyalar və dini müxtəliflik arasında dialoqu təşviq edib və BMT Baş Katibindən bu qərarın icrası ilə bağlı hesabat hazırlamaq və BMT Baş Assambleyasının 79-cu Sessiyasına təqdim etmək istəyib.

İslam Əməkdaşlıq Təşkilatı (İİT) adından Türkiyə və Pakistanın təqdim etdiyi qanun layihəsi ilə 2022-ci ildə 15 mart BMT Baş Assambleyasında “Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü” elan edilib. Qərar insan hüquqlarına və müxtəlif din və inanclara hörmətə əsaslanan tolerantlıq və sülh mədəniyyəti ilə qlobal dialoqu təşviq edən beynəlxalq səyləri gücləndirməyə çağırıb.

Martın 15-i son iki ildə Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü kimi qeyd olunur.

captcha