IQNA

Quranda aramlıq / 1

Quranda imanla aramlığın əlaqəsi

17:04 - January 21, 2024
Xəbər sayı: 3495336
İQNA – İman İslamda ən əhatəli dini anlayışdır, “əmn” (təhlükəsizlik) kökündən olub, ruhun aramlığı, hər cür qorxu və qəm-qüssədən azad olmaq mənasındadır ki, bu da Allahın kəlamlarını qəbul etməklə ruhun rahatlığına nail olmaq arasındakı əlaqəni göstərir.

Aramlıq insanın dünənki və bugünkü itirdiyidir. Bəşəriyyət bu gün mənəviyyat və aramlıq çatışmazlığı problemi ilə üz-üzədir. O, bu itgisini əldə etmək üçün hər vasitədən istifadə edir. Yeni ortaya çıxmış və yalançı irfanların inkişafı və narkotiklərin və ya aramlıq bəxş edən tabletkaların artan istifadəsi bu heyranlıq, yoxsulluq və ehtiyac duyğusu üçün aydın dəlillərdir.

Aramlıq hissi sağlam insanın ən mühüm xüsusiyyətlərindən biridir, çünki o, aramlıq sayəsində öz inkişafına və kamilliyinə nail ola bilir. İnsanın hidayət kitabı olaraq Quran bu arzunu əldə etmək üçün xüsusi bir versiya təqdim edir.

Bu anlayış Quranda mühüm yer tutur; elə bir şəkildə ki, dinin şah beyti, yəni iman aramlıq anlayışından götürülüb. Başqa sözlə desək, İslamda ən əhatəli dini anlayış mövqeyində iman, “əmn” (təhlükəsizlik) kökündən götürülüb ki, o da ruhun aramlığı, hər cür qorxu və kədərdən azad olması deməkdir.

Bu məsələ Allahın sözlərini qəbul etmək ilə qəlb aramlığına nail olmaq arasındakı əlaqəni göstərir. Qurani-Kərimdə iman gətirənlərə tapşırılır ki, imanlarına çirkinlik və zülmü qarışdırmasınlar. Belə olduğu surətdə, əmin-amanlıq onlara məxsusdur: “İman gətirib imanlarını zülmlə qarşıdırmayanlar üçün əmin-amanlıq vardır və onlar doğru yolda olanlardır” (Ənam, 82).

Allah möminlərə aramlıq və əmin-amanlıq bəxş edir və onu vermənin fəlsəfəsi möminlərin imanını artırmaqdır: “Möminlərin imanlarının artırması üçün onların qəlblərinə “səkinə” aramlıq nazil edən Odur” (Fəth, 4).

Teqlər: İman ، aramlıq ، quran ، əmin-amanlıq
captcha