IQNA

Əqidə prinsipləri; Nübüvvət / 36

Peyğəmbərlərin ümumi məsuliyyəti

8:12 - October 11, 2023
Xəbər sayı: 3494849
TEHRAN (IQNA) – Peyğəmbərlər Allahın mesajlarını bəndələrinə çatdırmaqdan məsuldurlar. Bu, peyğəmbərlərin əsas işidir. Onlar Allahın əmrlərini heç bir dəyişiklik olmadan insanlara çatdırmaqdan məsuldurlar. İnsanlara yaxşını və pisini deməlidirlər. Onlara səadət və qurtuluş yolunu göstərməli və hər kəsi hər cür azğınlığın və sapmanın varlığından xəbərdar etməlidirlər.

Peyğəmbərlərin təbliğat xüsusiyyətləri bunlardır:

  1- Ümid vermək və qorxutmaq

  Peyğəmbərlər Allahın dinini təbliğ edərkən həm müjdə vermək və ümid vermək üsulundan, həm də xəbərdarlıq və qorxutmaq üsulundan istifadə edirlər.

  Təbşir qaid, Tənzir isə saiqdir. Qaid karvanın qabağında hərəkət edən və karvanı irəli aparandır. Saiq karvanın arxasından hərəkət edən və karvan əhlini geridə qalmaqdan qoruyan şəxsdir.

  Təbliğçi diqqətli olmalıdır ki, onun vəzifəsi nifrət yaratmaq deyil, qorxutmaqdır. Ona görə də İslam Peyğəmbəri (s) təbliğ üçün göndərdiyi nümayəndələrə belə buyururdu: "Müjdə verin, nifrət yaratmayın, asan tutun, çətin tutmayın" (Səhih Müslim, 3262-ci hədis".

  2- Başqalarından qorxmamaq

  Onlar ancaq Allahdan qorxurlar. Qurani-kərim onları belə vəsf edir: “O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir” (Əhzab, 33).

  3- Əzmkarlıq

  Peyğəmbərlər öz təbliğatlarında əzmkardırlar. Quran Peyğəmbərə (s) xitab edərək buyurur: “Sizə tapşırıldığı kimi, əznkar olun” (Hud, 112).

  4- Xatırlatma

  Peyğəmbərlər mütəmadi olaraq insanlara nəyin xeyirli olduğunu xatırladırlar: “Xatırlat, sən ancaq xatırladansan” (Ğaşiyə, 21).

 

  • Möhsün Qaraeti tərəfindən yazılmış "İslami İnancların Əsasları (Peyğəmbərlik)" kitabından götürülmüşdür.
captcha