IQNA

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı: "Quranın yandırılması mənfur əməldir"

13:18 - October 08, 2023
Xəbər sayı: 3494837
NYU-YORK (IQNA) – BMT-nin İnsan Haqları üzrə Ali Komissarı çıxışında vurğulayıb ki, Quranın yandırılması bölücülük məqsədi ilə həyata keçirilən mənfur əməldir.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk çıxışında bir sıra Avropa ölkələrində Quranın yandırılması ilə bağlı nifrət dolu hərəkətlərin ölkə və cəmiyyətləri parçalamaq məqsədi daşıdığını vurğulayıb.

İspaniyanın paytaxtı Madriddə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 75 illiyi münasibətilə keçirilən konfransda çıxış edən Türk deyib: "Quranı yandırmaq kimi iyrənc əməl ölkələr və cəmiyyətlər arasında parçalanma yaratmaq məqsədi daşıyan qəsdən təxribat xarakterli bir hərəkətdir".

O, Avropa ölkələrindən irqçiliyə son qoymağı, mühacir və köçkünlərin hüquqlarını müdafiə etməyi istəyib və əlavə edib: "Ümid edirəm ki, tarixi daha dərindən başa düşəcəm. Avropada 60 milyon insan köçkün oldu və sığınacaq qanunu bir təcrübənin mühüm məhsulu oldu".

4173131

captcha