IQNA

Quranda əxlaqi mövzular / 15

Aramlığa çatmağın yolu

11:38 - July 24, 2023
Xəbər sayı: 3494507
TEHRAN (IQNA) - Cəmiyyətin aramlığa çatmasının amillərindən biri də əmanətdarlıq xüsusiyyətinin inkişaf etdirilməsidir. Sözügedən xüsusiyyətin Quranda və bu sifətlə vəsf edilən insanlarda əks olunması maraqlıdır.

Əmanətdar olmaq sağlam və aram bir cəmiyyətin yaranmasına səbəb olan əxlaqi xüsusiyyətlərdəndir. Əmanətdarlıq o deməkdir ki, insanın özündə başqalarının haqqına girməsinə mane olan bir hal olmasıdır. Başqalarına əmanət edilən pula da əmanət deyilir. Əmanətdar, əmanətlərin əmanət edildiyi etibarlı şəxsdir.

Əmanətdarlıq Quranın bəhs etdiyi əxlaqi xüsusiyyətlərdəndir və müxtəlif ayələrdə möminlərin xüsusiyyətlərindən biri kimi təqdim edilir: (Mömunun, 8 - Məaric, 23). Bunun əksini (yəni xəyanəti) rədd edir. Allah Quranda buyurur: Ey iman gətirənlər! Allaha və Peyğəmbərə xəyanət etməyin, əmanətlərinizə də xəyanət etməyin!" (Ənfal, 27).

Əmanətdarlığın əxlaqi xüsusiyyətlərdən biri olaraq əhəmiyyəti o zaman müəyyən olur ki,  Quranda həyat hekayətləri qısa və ya uzun olaraq qeyd olunan peyğəmbərlərdən 6-sı əmanətdar olaraq təsvir edilmişdir: Həzrət Nuh (Şüəra, 107) - Həzrət Hud (Şüəra, 125) - Həzrət Saleh (Şüəra, 143) - Həzrət Lut (Şüəra, 162) – Həzrət Şüeyb (Şüəra, 162) - Həzrət Musa (Duxan, 18). Adətən adıçəkilən peyğəmbərlər bu sifətlərinə işarə edərək camaata deyirdilər: انِّى لَكُمْ رَسُولٌ امِينٌ "Mən sizə göndərilmiş bir əmanətdar elçiyəm".

İmam Səccad (ə) əmanətin əhəmiyyəti haqqında buyurur: Əmanəti əda edin. O şəxsə and olsun ki, Muhəmmədi (s) haqq olaraq Öz peyğəmbəri təyin etdi. Əgər atam Hüseynin qatili atamı şəhid etdiyi qılıncı mənə əmanət etsəydi (mən onun əmanətini qəbul edərdim) və ona xəyanət etməzdim.

Əmanətdarlıq ümumiyyətlə 3 kateqoriyaya bölünür:

1_ Allahın əmanəti: Çünki insan Allah qarşısında vəzifəsini yerinə yetirməli və Allahın ona verdiyi bədən vasitəsilə günah etməməlidir.

2_ Xalqın əmanəti: İnsanların bir-birlərinə verdikləri əmanətlər.

3_ Öz əmanəti: İnsanın özünə olan əmanəti din və dünyasının xeyrinə səbəb olanı seçməkdir. Şəhvət, qəzəb və onların törətdiyi günahlara təslim olmamaqdır.

Cəmiyyətdə və ailədə əmanətdarlıq hökm sürəndə bu, fikir və ruhun araçlığına səbəb olur. Çünki xəyanət ehtimalı varsa, insanlar daim xəyanətə düçar olacağından, malının, canının, namusunun, vəzifəsinin təhlükə altında olacağından narahat olurlar. Şübhəsiz ki, insanların bir-birindən qorxması bir çox fiziki və ruhi xəstəliklərə, bədbəxtliklərə səbəb olur. Belə bir həyatın davamı çoxlu sayda cismi və ruhi xəstəliklərə səbəb ola bilər.

captcha