IQNA

Britaniyada müsəlmanlara qarşı nifrət dolu danışıqların artması

9:47 - June 10, 2023
Xəbər sayı: 3494301
İngiltərədə dərc olunan hesabata görə, bu ölkədə irqçiliyə əsaslanan cinayətlər artaraq müsəlman məzarlarına hörmətsizlik həddinə çatıb.

"İQNA", "Əl-məlumə" saytına istinadən xəbər verir ki, İngiltərənin “İndependent” qəzeti bu ölkədə müsəlmanlara qarşı nifrət cinayətlərinin hətta ölənlərin məzarlarına da çatdığını açıqlayıb.

Sözügedən xəbərdə bu məsələyə də aydınlıq gətirilir: "Bu cinayətlərlə bağlı işlərin birində daşı ərəb yazıları ilə işarələnmiş və dağıdılmış müsəlman kişinin qəbrinin şəkli dərc olunub. Polis hadisə ilə bağlı araşdırma apardığını elan etsə də, bunun müsəlmanlara qarşı nifrət cinayəti kimi qəbul edilib-edilməyəcəyini dəqiqləşdirməyib.

Adıçəkilən xəbərə görə, bu hadisələr son iki həftə ərzində İngiltərənin Blekbern şəhərindəki Blessinqton qəbiristanlığının İslam bölməsində baş verib. Orada şiə və sünnilərdən ibarət ingilis müsəlman icmaları yaşayır.

2022-ci ildə aparılan sorğunun nəticələri göstərib ki, hər 10 Britaniya müsəlmanından yeddisi iş yerlərində islamofobiyadan əziyyət çəkir.

Həmin sorğuya əsasən, hazırda bu ölkədə çalışan müsəlmanların 69%-i iş mühitində İslama qarşı bir növ düşmənçilik və müxalifətlə qarşılaşıblar.

4146435

captcha