IQNA

Əl-Əzhər Qüdsdə dini mərkəz yaratmağı planlaşdırır

14:48 - June 05, 2023
Xəbər sayı: 3494282
Misirin Əl-Əzhər Universiteti fələstinlilərin hüquqlarını dəstəkləmək üçün işğal altındakı Qüdsdə dini mərkəz yaratmağı planlaşdırır.

"İQNA", "Redna" saytına istinadən xəbər verir ki, Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyib bu elmi və dini qurumun rəsmilərinə işğal altındakı Qüds şəhərində mərkəz yaradılması barədə göstəriş verib.

Əhməd Ət-Tayib vurğulayıb ki, Əl-Əzhər sionist rejimin fələstinlilərə qarşı əməllərini ifşa etməkdə davam edir. Həmçinin bu qəsbkar rejimə mesaj verməkdə davam edir ki, Əl-Əzhər onların cinayətlərini ifşa edəcək və Fələstin xalqının iztirablarını hamıya açıqlayacaq.

Əhməd Ət-Tayyib deyib: “Əl-Əzhər, Allah bütün ilahi və dini qanunlara zidd olan bu ədalətsiz işğala son qoyana qədər qlobal vicdanı oyatmağa davam edəcək".

Əhməd Ət-Tayib Əl-Əzhərin Fələstindən daha çox tələbə qəbul etmək və İslam elmləri üzrə magistr dərəcələri üçün təqaüdləri artırmaq istəyini açıqlayıb.

Əl-Əzhərin Şeyxi də ərəb, islam və qeyri-islam ölkələrinin Fələstin məsələsi ilə bağlı susqunluğundan təəssüf etdiyini və kədərləndiyini bildirib.

4145872

captcha