IQNA

Hannoverdəki ən böyük məsciddə baş verən yanğınla bağlı araşdırma aparılır

10:58 - June 02, 2023
Xəbər sayı: 3494266
Alman polisi Almaniyanın Hannover şəhərindəki ən böyük məsciddə baş vermiş şübhəli yanğın hadisəsi ilə bağlı araşdırmaya başlayıb.

"İQNA", "Daily Sabah"-a istinadən xəbər verir ki, Şura İslami qrupunun rəhbəri Rəcəb Bilgen Hannoverdəki ən böyük məscidin şübhəli bir hücumda yandırıldığını bildirib.

O, Twitter-də yazıb: "Biz məsələnin tam aydınlaşdırılmasını və ibadət yerlərimizin qorunmasını tələb edirik".

Bilgen hücumun Solingendə bir türk ailəsinin 5 üzvünün ölümü ilə nəticələnən irqçi yanğının 30-cu ildönümündə baş verdiyini də vurğulayıb.

Hannover polisi verdiyi açıqlamada yanğının bazar ertəsi gecə məscid kompleksindəki restoranın qarşısında baş verdiyini və qonşular tərəfindən söndürüldüyünü bildirib.

Bir sıra stullar, binanın zahiri görünüşü və pəncərəsi zədələnib.

Polis şahidlərdən istintaqa kömək edə biləcək hər hansı məlumatı demələrini istəyib.

4144922

captcha