IQNA

Quran nə deyir? / 53

Həyatın uğursuzluqlarında və qələbələrində bizim növbəmiz

6:05 - May 30, 2023
Xəbər sayı: 3494252
Həyatda həmişə uğursuzluqlar olur və bunun yanında qələbələr də olur. Uğursuz olduğumuz zaman ağlımıza gələn sual budur ki, niyə uğursuz olduq? Niyə uğur qazana bilmədik? Bu suallara görə biz kədər və narahatlıq hiss edirik.

 Məhz belə bir vəziyyətdə Quran bizə xitab edir və soruşur ki, sizin süstlüyünüz və kədəriniz nədir?!

"Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!" (Ali-İmran, 140).

"Nümunə" təfsirinə görə, bu ayədə insan həyatında acılı-şirinli hadisələrin baş verməsi, heç birinin daimi olmaması, ilahi sünnələrdəndir. “Allah bu günləri insanlar arasında davamlı olaraq dəyişdirir” ki, təkamül ənənəsi bu hadisələr vasitəsilə üzə çıxsın.

Sonra da bu bədbəxt hadisələrin nəticələrinə işarə edərək buyurur: “Bunlar ona görədir ki, iman sahibi olan insanlar iman iddiasında olan insanlardan ayrılsınlar”. Bu ağrılı məğlubiyyətin nəticələrindən biri də budur ki, siz İslam yolunda qurbanlar verəsiniz”.

Əsasən müqəddəs məqsədləri yolunda fədakarlıq etməyən xalq onları həmişə kiçik hesab edir. Amma qurban verəndə həm özü, həm də gələcək nəsilləri ona böyüklüklə baxır.

Bu ayənin sonunda maraqlı bir məqam var ki, bu da odur ki, “Allah zalımları sevməz” (وَ اللَّهُ لا یُحِبُّ الظَّالِمِینَ). Buna görə də ümumi möminlərə və kafirlərə müraciət edərək deyir ki, insani və qeyri insani davranışlarda Allah heç vaxt zalımları dəstəkləməyəcək.

İncə məqamlar

"Nur" təfsirində oxuyuruq: Bu ayə bir həqiqəti ifadə edir. O da budur ki, əgər siz haqq yolunda və ilahi bir məqsəd üçün can itkisinə məruz qalmışsınızsa, düşmənləriniz də itki verib və yaralaıblar. Əgər bu gün qalib gəlməmisinizsə, düşmənləriniz də başqa cəbhələrdə də sizdən məğlubiyyət dadıb; Odur ki, çətinliklərdə səbirli olun.

Quranda adətən “şühəda”, “şəhid” və “şahid” sözləri “şəhadət vermək” mənasındadır. Lakin nazil olma səbəbi, müharibə məsələsi və cəbhədəki alınan yara və xəsarət məsələsinə görə, əgər kimsə bu ayədə “şühəda” sözünü “Allah yolunda öldürülənlər” mənasında işlədirsə, səhv deyil. Müsəlmanlar aşağıdakılara görə güclü və möhkəm ruhiyyəyə malik olmalıdırlar:

A: «أَنْتُمُ الْأَعْلَوْنَ» Siz üstün məqamlısınız.

B: «فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ» Düşmənləriniz də yaralanıb.

C: «تِلْكَ الْأَيَّامُ نُداوِلُها» Bu acı günlər keçəcək.

D: «وَ لِيَعْلَمَ اللَّهُ الَّذِينَ آمَنُوا» Allah həqiqi möminləri münafiqlərdən də ayırır.

E: «وَ يَتَّخِذَ مِنْكُمْ شُهَداءَ» Allah tarixin gələcəyi üçün sizdən şahidlər alacaq.

V: «وَ اللَّهُ لا يُحِبُّ الظَّالِمِينَ» Allah sizin müxaliflərinizi sevməz.

İmam Sadiq (ə) bu ayə haqqında buyurur: "Allah Adəmi yaratdığı gündən bəri Allah və şeytanın qüdrəti və hökuməti bir-biri ilə ziddiyyət təşkil edir. Lakin tam ilahi hökumət Həzrət Qaimin (ə.f) zühuru ilə gerçəkləşəcəkdir".

Mesajlar

1_ Müsəlmanlar kafirlərdən az səbirli olmamalıdırlar.

«فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِثْلُهُ»

2_ Acı və şirin hadisələr daimi deyil. «تِلْكَ الْأَيَّامُ نُداوِلُها بَيْنَ النَّاسِ»

3_ Müharibədə və həyatın eniş-yoxuşlarında imanlı insanlarla iman iddiaçılaı tanınırlar. «لِيَعْلَمَ اللَّهُ الَّذِينَ آمَنُوا»

4_ Allah sizdən şəhadət aldı ki, rəhbərliyə itaətsizlik necə uğursuzluğa səbəb olur. «وَ يَتَّخِذَ مِنْكُمْ شُهَداءَ»

5_ Kafirlərin müvəqqəti qələbəsi Allahın onlara olan sevgisinə dəlalət etmir. «اللَّهُ لا يُحِبُّ الظَّالِمِينَ»

6_ Tarixi hadisələr və cərəyanlar Allahın izni ilə əldə edilə bilər. «نُداوِلُها»

captcha