IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 38

Zəkəriyya peyğəmbər (ə) həzrət Məsihin (ə) ilk və ən böyük dəstəkçisidir

16:07 - April 25, 2023
Xəbər sayı: 3494079
Həzrət Məsihin (ə) doğulmasından sonra bəni-İsrailin bir çox kahinləri və ağsaqqalları Məryəmə (s) qarşı yalan ittihamlar irəli sürdülər. Lakin Zəkəriyya (ə) Məryəmi (s) təsdiqlədi və demək olar ki, o, Məsihi dəstəkləyən ilk şəxsdir.

Həzrət Zəkəriyya (ə) bəni-İsrail peyğəmbərlərindəndir. O, Qüds rahiblərinin və nökərlərinin başçısı idi. O, insanları Həzrət Musanın (ə) dininə dəvət edirdi.

Həzrət Zəkəriyanın (ə) nəslində ixtilaf vardır; Bəziləri onu həzrət Yəqubun (ə) oğlu Lavinin nəslindən olan Bərxiyanın oğlu bilirlər. Bəziləri isə onu beş nəsillə Həzrət Musaya (ə) nisbət verirlər. Bəziləri də deyirlər ki, o, on beş vasitə ilə Həzrət Süleymana (ə) (anası vasitəsilə) çatır.

Həzrət Zəkəriyyanın atası Bərxia Fələstində yaşayan yəhudi böyüklərindən idi. Zəkəriyyanın (ə) peşəsinin dülgərlik olduğu deyilir. Onun həyat yoldaşı Həzrət Məryəmin (s) xalası Elizabet idi.

İsrail övladları arasında 2 görkəmli bacı var idi; Birinin adı Hənnə, digərinin adı İşiyaya (Elizabet) idi. Zəkəriyya (ə) İşiyaya evlilik təklifi etdi. Bəni-İsrailin böyük rahiblərindən olan İmran isə Hənnəyə evlilik təklif etdi. Zəkəriyya (s) ilə İmran bacanaq oldular. İmran vəfat etdikdən sonra qızı Məryəm (ə) dünyaya gəldi və Zəkəriyya (ə) Məryəmin himayəsini öhdəsinə aldı.

Zəkəriyya və Elizabetin uşaqları olmadı. Lakin qocalıq çağlarında və Zəkəriyya Allahdan xahiş etdikdən sonra Allah tərəfindən Yəhya adlı bir oğulları oldu.

Zəkəriyya Həzrət İsa (ə) dünyaya gəldikdən sonra Məryəmin (ə) tərəfdarlarından və himayə edənlərindən idi. Yəhudi rahibləri Məryəmə (s) böhtan atdıqda, Zəkəriyya (ə) bütün böhtanları rədd etdi və Məryəmin pak olduğunu təsdiqlədi. Lakin bəzi insanlar Zəkəriyyanı öldürməyə cəhd etdilər.

Onların məqsədlərindən xəbər tutan Zəkəriyya (ə) qaçaraq ağacın içində gizlənir. Zəkəriyyanı axtaran qrup Zəkəriyanın gizləndiyi yeri tapdı və ağacı balta və mişar ilə tikə-tikə doğradı ki, Zəkəriyya belə öldürülsün.

Zəkəriyyanın adı Quranda Məryəm, Ali-İmran, Ənam və Ənbiya surələrində 7 dəfə çəkilir. Xristianlar da müsəlmanlar kimi Zəkəriyyanın peyğəmbərliyinə inanırlar. Yəhudilər isə onun peyğəmbərliyini inkar edirlər. Luka İncilində Zəkəriyya doğruçu yəhudi kahini və ilahi əmrlərin icraçısı kimi təqdim olunur.

Həzrət Zəkəriyanın ömrü 115 il olaraq qeyd edilmişdir. Həzrət Zəkəriyyanın dəfn olunduğu yer Beytul-müqəddəs adlanır. Lakin Suriyanın Hələb şəhərində bir türbə Zəkəriyyaya aid edilir.

captcha