IQNA

Misir Qarisi Banqladeşdə rəğbətlə qarşılanıb

12:38 - March 06, 2023
Xəbər sayı: 3493803
Banqladeşin Qazipur şəhərində Mahmud Kamil Ən-Nəccarın Quran tilavəti minlərlə insan tərəfindən rəğbətlə qarşılanıb.

"İQNA", "Əl-Vətən"-ə istinadən xəbər verir ki, Banqladeşin Qazipur şəhərində misirli qari Mahmud Kamil Ən-Nəccarın Quran tilavəti minlərlə insan tərəfindən rəğbətlə qarşılanıb.

Bu Quran məclisi Qurani-Kərim üçün xüsusi olaraq “İqrə" dərnəyinin 22-ci konfransı şəklində keçirilib. Elə ki, bu dərnək hər il Banqladeşin müxtəlif şəhərlərində Quran məclisləri təşkil edir.

Misirin Dəqəhliyyə əyalətində Quran qiraəti üçün səyahətini başa vuran misirli qari Mahmud Kamil Ən-Nəccar dedi: "Quranın tilavətində bu qədər çox insanın olması məni təəccübləndirdi. Onun sözlərinə görə, müxtəlif islam və ərəb ölkələrinə səfər etməsinə baxmayaraq, Quran tilavəti üçün belə qarşılanmayıb.

Mahmud Kamil Ən-Nəccar Əl-Əzhər Universitetində təhsilini başa vurduqdan sonra müxtəlif ölkələrdə Quran dərnəklərində Qurani-Kərim oxumağa başlayıb. Əl-Nəccar indiyədək Pakistan, Küveyt, Türkiyə, Hindistan və Banqladeş kimi ölkələrə səfər edib. Bununla belə, o, bildirib ki, Banqladeşdə gördüklərim insanların Quran tilavətini qarşılamaları baxımından bütün digər ölkələrdən fərqli idi.

4126330

captcha