İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Shafaqna-ya istinadla xəbər verir ki, 4 övlad anası olan Xədicə Səfəri döyüş sənətləri və təkbətək döyüşlər sənəti klubunun sahibəsidir və o, qadınlara özünümüdafiə bilikləri və bacarıqlarını öyrədir.
Qeyd edilib ki, islamofobiyanın artmasının fonunda onun məşqçi xidmətlərinə olan tələbat da artıb.
Xədicə Səfəri 2009-ci ildə İslam dinini qəbul edərək müsəlman olan və hicab geyinən ingilis xanımdır.
O, uşaqlıqdan döyüş sənətləri ilə maraqlanıb və günümüzdə də bu işlə məşğuldur.
Bir neçə il öncə o, bütün pullarını idman klubunun açılmasına yatırıb və bu sahədə uğur qazanıb.
Müsəlman xanımın məşqlərində iştirak edənlər arasında şəxsi psixoloji komfort və rahatlıqları üçün özünümüdafiə bacarıqlarına ehtiyac duyan məişət zorakılığının qurbanları və peşələri fiziki hazırlıqlı olmalarını tələb edən polis qadınlar da var.