IQNA

Quran planının dini mədəniyyətin yayılmasındakı uğuru

14:01 - February 10, 2022
Xəbər sayı: 3491719
Müqəddəs Abbasi Astanının Qurani-Kərim Dərnəyinin rəhbəri İraqın Babil əyalətində Quran elmləri, Peyğəmbər (s) və Əhli-beytin (ə) həyat tərzinin öyrədilməsi sahəsində "Quran çantası" adlı illik layihəni uğurlu qiymətləndirib.

"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, Həzrət Abbasın (ə) Müqəddəs Hərəminin Quran Elmi Dərnəyinin sədri Əhməd Şeyx Əli, Quran mədəniyyəti, Peyğəmbər (s) və Əhli-beytin (ə) həyat tərzi ilə silahlanmış nəsil yaratmaq üçün İraqın Babil əyalətində "Quran çantası" adlandırılan layihəni vəsf edib.

O, bildirib ki, Abbasi Astanının Quran İnstitutunun Babil vilayətindəki filialı 2017-ci ildə başlanmış bu layihəni davam etdirmək üçün öz imkan və enerjisindən istifadə edib. Onun hər il keçirilməsi Qurani-Kərimin yeni elmi üsullarla tədrisinə böyük marağın göstəricisidir.

4035163

captcha