"İQNA", "Khaleej Times"-a istinadən xəbər verir ki, Festivalda 27 ölkədən 63 rəssamın 248-ə yaxın sənət əsəri nümayiş olunur.
Bunlara rəsm, xəttatlıq, heykəltəraşlıq və divar rəsmləri də daxildir. Festivalın ziyarətçiləri müxtəlif sərgiləri ziyarət, eləcə də incəsənət emalatxanalarında iştirak edə bilərlər. Onlar həmçinin sənət ekspertlərinin mühazirələrini də dinləyə bilərlər.
Festivalda BƏƏ və dünya üzrə, o cümlədən Yaxın Şərq, Fransa, Hindistan, İngiltərə, ABŞ, Türkiyə, Danimarka, Kanada, Almaniya, Serbiya və digər ölkələrdə yaşayan rəssamların əsərləri nümayiş olunur.
Festivalın BƏƏ Mədəniyyət Nazirliyi tərəfindən 40 gün ərzində Şarcə İncəsənət Muzeyində keçirilməsi planlaşdırılır.
4021532