IQNA

Qurani Kərimin təhqir olunmasına etiraz məqsədilə keçirilən aksiyalarda ölənlər

23:02 - October 15, 2021
Xəbər sayı: 3490985
Banqladeşdə Qurani Kərimə hörmətsizlik edilməsi iddiasıyla başlayan aksiyalarda ölənlər və yaralananlar var.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Banqladeşdə Qurani Kərimə hörmətsizlik edilməsi iddiasıyla başlayan aksiyalarda ölənlər və yaralananlar var.  

Bu barədə yerli mənbələr məlumat yayıblar.  

Məlumatda vurğulanır ki, paytaxt Dəkkə şəhərinin cənub-şərqində yerləşən Comilla bölgəsindəki hindu məbədində Qurani Kərimin təhqir olunduğu iddia edilib.  

Bundan sonra baş verən aksiyalarda qarşıdurmalar olub və 3 nəfər ölüb.

 

captcha