IQNA

İslamofoblar İslam dinini qəbul edən kişini qətlə yetirdilər

9:39 - June 29, 2021
Xəbər sayı: 3490165
Belə ki, Purnendu ailəsi ilə birlikdə müsəlman olub. Bundan sonra o, dini təbliğata başlayıb və doğma kəndində yaşayan daha 5 ailənin İslam dinini qəbul etməsinə vəsilə olub.

Banqladeşdə islamofobiya zəminində qətl törədilib.

Ölkənin cənubunda yerləşən Bəndərbən dairəsində müsəlman olmuş Purnendu Tripura yerli induistlər tərəfindən qətlə yetirilib.

Belə ki, Purnendu ailəsi ilə birlikdə müsəlman olub. Bundan sonra o, dini təbliğata başlayıb və doğma kəndində yaşayan daha 5 ailənin İslam dinini qəbul etməsinə vəsilə olub.

O, kənddə hətta kiçik məsciddə açıb.

Purnendu qətlindən bir müddət öncə deyirdi ki, onun müsəlman olmasından narazı olan şəxslər tərəfindən təhdid edilir.

18 iyunda naməlum şəxslər onun evinə gələrək onu güllələyiblər.

Bölgədə başlayan yağış mövsümü səbəbi ilə polisin araşdırma aparması çətinləşib. /Shafaqna

captcha