IQNA

İraqda "Kəbə Mövludu" Quran yarışları keçirilir

23:24 - February 22, 2021
Xəbər sayı: 3489329
Tehran (IQNA) -  Həzrət İmam Əlinin (ə) Nəcəful-Əşrəf şəhərində yerləşən müqəddəs hərəminin təşəbbüsü ilə virtual "Kəbə Mövludu" Quran yarışları keçirilir.

Tehran (IQNA) -  Həzrət İmam Əlinin (ə) Nəcəful-Əşrəf şəhərində yerləşən müqəddəs hərəminin təşəbbüsü ilə virtual "Kəbə Mövludu" Quran yarışları keçirilir.

İmam Əlinin (ə) hərəminin Qurani-Kərim Mərkəzinin tərəfindən təşkil edilən Qurani-Kərim yarışları Quranın danışan dili hesab edilən Həzrət İmam Əli  ibn Əbi Talibin (ə) səadətli mövludu münasibəti ilə keçirilir.

"Kəbə Mövludu" Quran yarışları Nəcəf şəhərinin "Ələvi Həftə" (İmam Əliyə həsr edilmiş günlər) proqramları çərçivəsində hərəmin rəsmi internet saytı üzərindən keçirilir.  

Yarışlar bir həftə davam edəcək. Hər gün Qurani-Kərimdən bir sual saytda yerləşdiriləcək və sualın cavabı xüsusi keçid linki ilə oxuyucuların ixtiyarında qoyulacaq.

Suallara düzgün cavab verənlər arasında püşk atılacaq və qaliblərə hədiyyələr veriləcək.

"Ələvi Həftəsi" porqramı çərçivəsində hərəmdə Quranla üns məclisi və Quran barədə konfrans təşkil ediləcək. /IQNA

برگزاری مسابقه قرآنی مجازی «مولود کعبه» از سوی آستان علوی

captcha