IQNA

Kanadalı müəllimə Cenni İslam dinini qəbul etməsi haqda danışdı

8:51 - February 21, 2021
Xəbər sayı: 3489318
“Mən öz suallarımın cavablarını tapdım və 2006-cı il 14 mayda İslam dinini qəbul etdim. Bu, mənim həyatımın ən əsas qərarı oldu”, – deyə Cenni xatırlayaraq bildirib.

Kanadadan olan jest dili müəlliməsi illər öncə necə İslama gəlməsi haqda danışıb.

Cenni Molendik mühafizəkar xristian polis və tibb bacısı ailəsində anadan olub. Dilçilik və Amerikan jest dili fakültəsində oxuyan zaman o, həmyaşıdı olan müsəlmanlarla dini debatlarda iştirak etməyə başlayıb və anlayıb ki, onun arqumentləri müsəlmanların dəlilləri qarşısında məğlubdur.

Mən öz suallarımın cavablarını tapdım və 2006-cı il 14 mayda İslam dinini qəbul etdim. Bu, mənim həyatımın ən əsas qərarı oldu”, – deyə Cenni xatırlayaraq bildirib.

Atam müxtəlif saytlardan İslam haqda olan hər cür şeyləri kopyalaraq mənə atırdı. O, mənə mənim səhv seçim etdiyimi isbat etmək istəyirdi. O, dilxor olmuşdu, mən onu başa düşürəm. O, İslamın necə bir din olduğunu bilmirdi. Mənim anam isə qorxmuş halda idi. Anam qorxurdu ki, mən müsəlmana ərə gedəyəcəm, heç vaxt mənim uşaqlarımı görməyəcək, məni isə hər hansısa bir zirzəmidə qapalı halda saxlayacaqlar”, – deyə o qeyd edib.

Valideynləri ona təsir edərək onun yenidən xristianlığa geri qayıtmasına çalışırdılar. Cenni isə artıq haqq yolunu tapmışdı. Bir müddət sonra o, türk Sami Divlevi ilə tanış olur və ona ərə gedir. 2012-ci ildən müsəlman müəllimə İstanbulda yaşayır. Zamanla onun valideynləri İslama dair mənfi zehniyyətdən xilas oldular.

Cenni türk dilini öyrənib və öz dilçilik bacarıqlarından istifadə edərək sadə dildə uşaqlara dinin əsaslarını başa salır. /Şəfəqna

captcha