IQNA

BMT: Fələstinlilərin təxminən yarısının humanitar yardıma ehtiyacı var

8:47 - February 21, 2021
Xəbər sayı: 3489317
İsrail işğalı altında olan və ya İsrail tərəfindən blokadada saxlanılan fələstinlilərin təxminən yarısının humanitar yardıma ehtiyacı var. Bu barədə BMT-in məruzəsində deyilir.

İsrail işğalı altında olan və ya İsrail tərəfindən blokadada saxlanılan fələstinlilərin təxminən yarısının humanitar yardıma ehtiyacı var. Bu barədə BMT-in məruzəsində deyilir.

Sənəddə bildirilir ki, 1994-cü ildən bəri 2020-ci il fələstinlilər üçün ən pis il olub.

Vəziyyətin daha da gərginləşməsinə səbəb isə pandemiya və onun səbəb olduğu iqtisadi böhrandır.

2020-ci ilin yazında tətbiq edilən karantin səbəbi ilə 150 min fələstinli gəlir mənbəyindən məhrum olub.

2-ci karantin isə 2020-ci il 17 dekabrda tətbiq edilib və hazırda da davam etməkdədir və bu, fələstinlilərin yaşayışlarını çətinləşdirən amillərdən biridir.

Sənəddə qeyd edilir ki, 2020-ci ildə Fələstin iqtisadiyyatı 10-12 faiz azalıb. Bu, 1994-cü ildən bəri fələstinlilərin rifah dərəcəsindəki ən böyük düşüşdür. /Şəfəqna

Teqlər: fələstin ، qüds ، qəzza ، bmt
captcha