IQNA

İstambulda "Rəğaib Gecəsi" mərasimi keçirildi - Foto

15:44 - February 20, 2021
Xəbər sayı: 3489311
Tehran (IQNA) -  Türkiyənin İstambul şəhərinin əhalisi "Leylətur-Rəğaib" (İstəklər Gecəsi) mərasimini tarixi Ayasofiya məscidində qeyd ediblər.

Tehran (IQNA) -  Türkiyənin İstambul şəhərinin əhalisi "Leylətur-Rəğaib" (İstəklər Gecəsi) mərasimini tarixi Ayasofiya məscidində qeyd ediblər.

İstambul əhalisi və şəhərə gələn qonaqlar "Rəğaib Gecəsi"ndə tarixi məscidə toplaşaraq dualar ediblər və namaz qılıblar.

Mərasimdə Türkiyənin Diyanət İşləri Bakınlığının rəhbəri Əli Ərbaş da iştirak edib.

Məscidə toplaşan dindarlar koronavirusa qarşı qabalayıcı tədbirlərə riayət ediblər.

Qeyd edək ki, Ayasofiya 1500 il öncə Ortodoks məsihilərin kilsəsi olub. 1453-ci ildə İstambulu fəth edən Osmanlılar kiləsini məscidə çeviriblər. 1934-cü ildə isə yeni Türkiyənin prezidenti Mustafa Kamal Atatürk bu məscidi muzeyə çevirib. Ötən ilin (2020) yayında isə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Ayasofiyanın yenidən məscid kimi fəaliyyət göstərəcəyini elan etdi.  /3954920

captcha