"Amerika Suriyada İŞİD terror qruplaşmasının on mindən üzvünün təhlükəsizliyini təmin edir" - bunu İraqın Diyalə əyalətinin Müsəlman Alimlər Birliyinin rəisi Cəbbar əl-Məmuri deyib.
İraqın Diyalə əyalətinin Müsəlman Alimlər Birliyinin rəisi Cəbbar əl-Məmuri əlavə edib: Amerika tərəfindən təhlükəsizliyi qorunun minlərlə terrorçu Suriyanın müəyyən nöqtələrində, o cümlədən İraq sərhədləri yaxınlığında yerləşdirilib.
Cəbbar əl-Məmuri vurğulayıb: İŞİD terrorçuları Suriyanın, ümumilikdə Orta Şəqrin təhlükəsizliyini təhdid edir və regionda daimi qarşıdurmalara səbəb olur. Buna baxmayaraq Amerikanın silahlı qüvvələri terrorçuları İŞİD ünsürləri üçün təhlükəsiz məkanlar icad edərək terrorçuların məhv edilməsinin qarşısını alırlar.
O, İŞİD terrorçularının Asiyanın qərbində olduqca bu regionda sabitlik olmayacağını vurğulayaraq deyib: İraqın daxilində və Suriya sərhədlərində baş verən terrorların 70 faizi İŞİD-çilərin vasitəsi ilə həyata keçirilir. İŞİD ünsürləri Suriya sərhədlərindən İraqın daxilinə nüfuz edirlər. Onlar əl-Ənbar əyalətində təhlükəsizlik qüvvələrinə hücum edir, daha sonra Səlahuddin və Diyalə əyalətlərinə soxulurlar.
İraqın Diyalə əyalətinin Müsəlman Alimlər Birliyinin rəisi vurğulayıb: Hər gün İraqda pak insanların qanları təkfirçilər ilə mübarizədə axır. Buna görə də beynəlxalq cəmiyyət Amerikanı terrorçuları dəstəklədiyinə görə və ABŞ silahlılarının özlərinin də Suriyada təhlükə mənbəyi olduğu üçün və region ölkələrində dəhşətli cinayətlər törətdiklərinə görə qınamalıdır. /3953879