IQNA

Minlərlə insanın müştərək yazdığı Quran nüsxəsinin təqdimatı keçiriləcək

9:23 - August 02, 2019
Xəbər sayı: 3485627
Çox millətli xəttatlar təfədinən kitabət edilmiş Quran nüsxəsinin yazılmasında müxtəlif din və məzhəblərdən olan 6 min nəfərdən çox hüsnxətt ustası iştirak etmişdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, müxtəlif ölkələrdən olan müsəlman və qeyri-müsəlmanların birlikdə yazdığı Qurani-Kərim nüsxəsinin təqdimat mərasimi keçiriləcək.

Bu Quran nüsxəsi İngiltərədə müxtəlif ölkələrdən olan müsəlmanlar və qeyri-müsəlmanların həmkarlığı ilə kitabət edilib.

Bu nüsxə müsəlman incəsənətçi və xəttat və kolleksiyoner Rizvan Begin "əl-Qələm" layihəsi əsasında hazırlanıb.

Çox millətli xəttatlar təfədinən kitabət edilmiş Quran nüsxəsinin yazılmasında müxtəlif din və məzhəblərdən olan 6 min nəfərdən çox hüsnxətt ustası iştirak etmişdir. Onların hər birisi Qurani-Kərimdən bir ayəni kitabət ediblər.

Minlərlə insanın kitabət etdiyi bu Quran nüsxəsi bu gün, Cümə günü (2 Avqust 2019-cu il) İngiltərənin Altun şəhərində üç günlük sərgi çərçivəsində təqdim və nümayiş olunacaqdır.

Rizvan Beg bu əsəri iman və incəsənətin qarşılıqlı əlaqəsinin qüdrətinin göstəricisi hesab edib və deyib: Müxtəlif din və məzhəblərdən minlərlə insanın kitabət etdiyi Quran tarix boyu qalacaqdır.    

http://iqna.ir/fa/news/3831754

نسخه قرآن کتابت شده توسط هزاران مسلمان و غیرمسلمان در انگلیس رونمایی می شود

captcha