IQNA

ARTE kanalı "Quran və Məsih" proqramını yayımladı

12:11 - August 25, 2018
Xəbər sayı: 3483727
Avropalılar üçün iki dildə, Alman və Fransız dilində yayımlanan ARTE peyk televiziya kanalı Qurani-Kərim və Həzrət İsa Məsihdən (ə) danışan yeddi hissəli sənədli proqram hazılayıb.

ARTE kanalı İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avropalılar üçün iki dildə, Alman və Fransız dilində yayımlanan ARTE peyk televiziya kanalı Qurani-Kərim və Həzrət İsa Məsihdən (ə) danışan yeddi hissəli sənədli proqram hazılayıb.

Əsasən mədəniyyət və incəsənət proqramları yayımlayan ARTE (Association Relative à la Télévision Européenne) peyk televiziya kanalı bu proqramın birinci hissəsini ekrana edib.

İran İslam Respublikasının Fransadakı Mədəniyyət Əlaqələri İdarəsinin bu barədə verdiyi məlumata görə, sözü gedən verilişdə Qurani-Kərimin Həzrət İsa Məsihə (ə) diqqətindən danışılır. Proqramın sonrakı hissələrində isə Həzrət İsa Məsihin (ə) çarmıxa çəkilməsi məsələsi və bu barədə yəhudi və xristianların münasibətləri işıqlandırılacaqdır.

Kanalın hazırladığı yeddi hissəli bu proqram aşağıdakı başlıqlarla yayımlanacaq: "Həzrət İsanın (ə) çarmıxa çəkilməsi Quranda" (53 dəqiqə), "Quranda əhli-kitab" (52 dəqiqə), "Quranda İsa ibn Məryəm" (52 dəqiqə), "Peyğəmbərin (s) hicrəti" (53 dəqiqə), "Məhəmməd (s) və İncil" (53 dəqiqə), "İbrahimi din" (53 dəqiqə) və "İslamın səmavi kitabı" (52 dəqiqə).

Hədəfinin mədəniyyət və incəsənətə xidmət olduğunu deyən ARTE kanalının mərkəzi ofisi Strazburqdadır. Kanalın Paris yaxınlığında İsilmolino rayonunda və Almaniyanın "Badenbaden" şəhərində də ofisi vardır.   

http://iqna.ir/fa/news/3741006

captcha