IQNA

İran İslam Ali Şurasına terror hücumunda;

İQNA-nın keçmiş baş icraçı direktoru şəhid edildi

18:00 - June 07, 2017
Xəbər sayı: 3481736
İnna lillahi və inna iləyhi raciun İQNA-nın keçmiş baş direktoru Höccətul- İslam vəl- Müslimin Seyid Mehdi Təqəvi bu gün səhər İİR-nın Ali İslam Şurasına edilən terror hücumu zamanı şəhid edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İQNA-nın keçmiş baş icraçı direktoru və hazırda deputat Hacı Deliqaninin ofisinin məsul işçisi Höccətul- İslam vəl- Müslimin Seyid Mehdi Təqəvi bu gün səhər, 07 İyun 2017-ci il tarixində, İran İslam Respublikasının Ali İslam Şurasının binasına edilən terror hücumu zamanı şəhid edildi.


Haci Deliqani bu baradə deyib: Silahlı terrorçu ünsürlərin İİR-nın Ali İslam Şurasının (Milli Məclis) binasından çəkərək yaydığı video görüntü mənim ofisimə aiddir və mənim iki nəfər həmkarım bu hadisədə şəhidlik məqamına yüksəliblər.


O əlavə etdi: Zarei (dəftərxananın məsulu) və Höccətul- İslam vəl- Müslimin Seyid Mehdi Təqəvi (Şahinşəhr, Bərxar və Meymə şəhərlərinin Milli Məclisdəki nümayəndəliyi ofisinin üzvlərindən biri) silahlı terrorçu ünsürlərin İİR-nın Ali İslam Şurasının (Milli Məclis) binasında video çəkdikləri otaqda şəhid ediliblər.
http://iqna.ir/fa/news/3607372


captcha