IQNA

Həzrət İsanın (ə) doğum yeri Quran və tarixi baxımdan + VİDEO

21:51 - December 26, 2016
Xəbər sayı: 3481191
Tarixi mənbələrə görə İordan çayının şərq sahillərində yerləşən "Beyt-Ləhm" və İraqda yerləşən "Burasa" adlı məkan Həzrət İsa Məsihin (ə) anadan olduğu yer kimi iki əsas nəzəriyyədir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət İsa Məsih ibn Məryəm (hər ikisinə Allahın salamı olsun) Milad tarixi ilə Dekabr ayının 25-də anadan olmuşdur. Buna görə də məsihilər Dekabr ayının 25-dən 12 günlük "ilbaşı bayramı"nı başlayır və Yanvarın ayının 6-da "xaçyuma" mərasimi keçirənədək davam edirlər.

Həzrət İsa Məsih ibn Məryəm (ə) İlahinin böyük və əzəmətli peyğəmbərlərindən biridir ki, onun adı Quran- Kərimdə dəfələrlə keçmiş və əzəmət və fəzilət ilə yad edilmişdir.

Onun barəsində Quran- Kərimdə "Abdullah", "Kəlimətullah", "Ruhullah" və "Ruhul-Qüds" kimi mübarək və ali sözlər işlədilmişdir.

Quran- Kərimdə Həzrət İsanın (ə) 45 dəfə "İsa – عیسی" və neçə yerdə də "Məsih – مسیح" ləqəbi ilə keçmişdir.

Onun anası Həzrət Məryəm (ə) öz dövrünün seçilmiş, təqvalı və iffətli qadınlarının öncülü olub, həmçinin bəşər tarixinin 4 semilmiş xanımından biridir və İlahi qürb məqamına yetmişdir. Allahın mələkləri Həzrət Cəbrayilin (ə) başçılığı ilə ona nazil olmuş və onu İsanın (ə) təvəllüdü barədə muştululamışdılar.

Həzrət İsa Məsih ibn Məryəmin (ə) anadan olduğu məkan barədə "məsihi dini"nin kitablarında və İslami mənbələrdə müxtəlif hədislər və nəzəriyyələr vardır. Tarixi mənbələrə görə İordaniya çayının şərq sahillərində yerləşən "Beyt-Ləhm" və İraqın paytaxı "Bağdad" ərazisində yerləşən "Burasa" adlı məkan İsanın (ə) anadan olduğu yer kimi digər ehtimallardan daha çox tərəfdarı olan iki əsas nəzəriyyədir.

Quran- Kərim Həzrət İsanın (ə) anadan olması ilə bağlı Məryəm surəsinin 22 və 23-cü ayələrində buyurur:

«فَحَمَلَتْهُ فَانْتَبَذَتْ بِهِ مَكَانًا قَصِيًّا، فَأَجَاءَهَا الْمَخَاضُ إِلَى جِذْعِ النَّخْلَةِ قَالَتْ يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَذَا وَكُنْتُ نَسْيًا مَنْسِيًّا»

"(22) (Ruh mələyi Məryəmə üfürdü,) beləliklə o, (dərhal) İsaya hamilə oldu. Sonra o (Məryəm) öz (uşaq) yükü ilə uzaq bir məkana kənara çəkildi.

(23) Beləliklə doğuş sancısı onu məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi. O, (ağrının narahatlığı və rüsvayçılıq qorxusundan) dedi: Ey kaş bundan qabaq öləydim və tamamilə unudulaydım".

Həzrət İsanın (ə) anadan olduğu yer barədə qəti bir söz demək mümkün deyil. Çünki bu barədə əlimizə çatmış rəvayətlər və tarixi məlumatlar müxtəlifdirlər. Həmçinin İsanın (ə) anadan olması barədə danışıqan Quran ayələri onun anadan olduğu yer barədə bir söz demir. Təkcə buna işarə edir ki, Həzrət Məryəm (ə) onu dünyaya gətirmək istəyərkən yaşadığı yerdən uzaq bir məkana getdi. Uşağı dünyaya gətirmək istəyərkən xurma ağacına söykəndi. Amma bu xurma ağacı harada idi buna işarə etməyib.

Quran-Kərim Məryəm surəsinin 16-cı ayəsindən 25-ci ayəsinədək bu barədə buyurur:

«وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انْتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا﴿۱۶﴾ فَاتَّخَذَتْ مِنْ دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَا إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا﴿۱۷﴾ قَالَتْ إِنِّي أَعُوذُ بِالرَّحْمَنِ مِنْكَ إِنْ كُنْتَ تَقِيًّا﴿۱۸﴾ قَالَ إِنَّمَا أَنَا رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَامًا زَكِيًّا (۱۹) قَالَتْ أَنَّى يَكُونُ لِي غُلَامٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ وَلَمْ أَكُ بَغِيًّا﴿۲۰﴾ قَالَ كَذَلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٌ وَلِنَجْعَلَهُ آيَةً لِلنَّاسِ وَرَحْمَةً مِنَّا وَكَانَ أَمْرًا مَقْضِيًّا﴿۲۱﴾ فَحَمَلَتْهُ فَانْتَبَذَتْ بِهِ مَكَانًا قَصِيًّا (22) فَأَجَاءَهَا الْمَخَاضُ إِلَى جِذْعِ النَّخْلَةِ قَالَتْ يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَذَا وَكُنْتُ نَسْيًا مَنْسِيًّا (23) فَنَادَاهَا مِنْ تَحْتِهَا أَلَّا تَحْزَنِي قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّا (۲۴) وَهُزِّي إِلَيْكِ بِجِذْعِ النَّخْلَةِ تُسَاقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا﴿۲۵﴾».

(16) (Ya Muhəmməd!) Bu kitabda Məryəmi, onun (Beytul-Müqəddəsin və ya öz evinin) şərq(in)dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal.

(17) Beləliklə onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü.

(18) Məryəm dedi: Əgər pərhizkarsansa, mən səndən Rəhman olan Allaha pənah aparıram.

(19) Dedi: Mən sənin Rəbbinin sənə (həmin halda) pak bir oğlan bağışlamaq üçün (göndərdiyi) yalnız elçisiyəm.

(20) Dedi: Mənə bir bəşərin toxunmadığı və heç vaxt pis əməl sahibi olmadığım halda mənim necə oğlum ola bilər?

(21) Dedi: «Elədir, (lakin) sənin Rəbbin buyurmuşdur: Bu iş Mənim üçün asandır (və istəyirik ki, bəzi məsləhət olan işləri gerçəkləşdirək) və onu insanlar üçün (qüdrətimizdən) bir nişanə və Öz tərəfimizdən bir rəhmət etmək üçün (belə edək). Və (yaradılışda olan bu yenilik Lövhi-Məhfuzda) qəti hökmü verilmiş bir işdir.

(22) (Ruh mələyi Məryəmə üfürdü,) beləliklə o, (dərhal) İsaya hamilə oldu. Sonra o (Məryəm) öz (uşaq) yükü ilə uzaq bir məkana kənara çəkildi.

(23) Beləliklə doğuş sancısı onu məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi. O, (ağrının narahatlığı və rüsvayçılıq qorxusundan) dedi: Ey kaş bundan qabaq öləydim və tamamilə unudulaydım.

(24) Beləliklə (birdən uşaq ayağının) altından onu çağırdı ki, qəm yemə, həqiqətən Allah ayağının altında axar arx (və möhtərəm övlad) qoyub.

(25) Və xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün.

İslami mənbələrdən şiə qaynaqları İsanın (ə) anadan olduğu yerlə bağlı 3 rəvayət nəql edirlər ki, birinci rəvayətdə İmam Cəfər Sadiqdən (ə) rəvayət olunan Merac hədisində İsanın (ə) anadan oluduğu yerin "Beyt-Ləhm" olduğu deyilir. Bu rəvayətdə Peyğəmbər (s) buyurur ki, mən Cəbrayılın göstərişi ilə Beytul-Müqəddəs yaxınlığında yerləşən "Beyt-Ləhim"də namaz qıldım, həmin yer ki, İsa ibn Məryəm orada anadan olmuşdur – (Biharul-Ənvar, 14/208).

Cəbrayil (ə) namazdan sonra Peyğəmbərdən (s) soruşur ki,

«أَ تَدْرِي أَيْنَ صَلَّيْتَ ؟ ... «صَلَّيْتَ فِي بَيْتِ لَحْمٍ، وَ بَيْتُ لَحْمٍ بِنَاحِيَةِ بَيْتِ‌الْمَقْدِسِ حَيْثُ وُلِدَ عِيسَى ابْنُ مَرْيَمَ(ع)».

Şiələrin ikinci rəvayətində isə Həzrət İsanın (ə) Kərbəlada və İmam Hüseynin (ə) ziyarətgahının yerində anadan olduğu deyilir. Əbu Həmzə Sumali Həzrət İmam Səccadın (ə) hədisini Məryəm surəsinin 22-ci ayəsinin təfsirində nəql edərək deyir ki, Həzrət Məryəm Dəməşqdən çıxaraq sonralar Kərbəla adlanan yerə çatdı və İmam Hüseynin (ə) dəfn olunduğu yerdə uşağı dünyaya gətirdi – (Təhzibul-Əhkam, 6/73; Vəsailuş-Şiə, 14/517).

Üçüncü rəvayətdə isə Həzrət İsanın (ə) anadan olduğu yerin Bağdad ərazisində olan "Burasa" məhəlləsində ki, hazırda Burasa məscidi yerləşir, "Ağ daş" yanı olduğu göstərilir.

Şeyx Müfidin (r.ə) nəql etdiyi bu hədisə görə, İmam Əli (ə) Xəvaric ilə döyüşdən qayıdarkən "Zəvra" (Bağdad) adlı yerdən keçir. Və burada bir kilsədə bir rahib ilə danışır. Rahib İmama (ə) deyir ki, mən sənin vəsfini İncildə oxumuşam. Sən Məryəmin İsanı dünyaya gətirdiyi məkanda, yəni Burasada düşəcəksən. Həzrət Əli (ə) bu görüşdən sonra Burasada düşdü və orada ayağını yerə çırpdı. Yerdən su qaynadıqda İmam Əli (ə) buyurdu ki, bu həmin bulaqdır ki, Həzrət Məryəm üçün qaynamışdı. İmamın göstərişinə əsasən orada yeri 17 dirsək qazdılar. Yerdən ağ bir daş çıxdı. İmam buyurdu ki, Həzrət Məryəm bu daşın üzərində İsanı dünyaya gətirdi. Sonra İmam (ə) orada namaz qılaraq Həzrət Məryəm adına bir ibadət evi tikdirdi – (Biharul-Ənvar, 14/210).

Həqiqətləri bilən isə təkcə Allahdır...

Qarşıdakı linkdə Həzrət İsanın (ə) anadan olduğu yerin videosunu Məryəm surəsinin 16-26-cı ayələrinin qiraəti ilə izləyə bilərsiniz:



ENDİR

http://iqna.ir/fa/news/3555789


captcha