İşğalçı İsrail rejim qüvvələri 2019-cu ilin ilk yarısında uzun ilərdi mühasirədə saxladığı Qəzza zolağında 16 uşağı öldürüb və min 223 usaq isə işğalçı rejimin əsgərlərinin açdığı atəş nəticəsində yaralanıb.
Maide.Az “AA” a istinadla xəbər verir ki, bu haqda Əl-Mizan İnsan Hüquqları Mərkəzi öz hesabatında bildirir.
Hesabatda bildirilir ki, “Böyük Qayıdış” yürüşündə iştirak edən uşaqların əksəriyyətinə qarşı atəş açılıb, onlar ölüm və yaralanma təhlükəsinə məruz qalıb.
Məlumatda bildirilir ki, işğalçı rejim cari ilin ilk yarısında həmçinin 17 fələstinli usağı həbs edib.