IQNA

İlk İran Ümrə qrupu 9 ildən sonra yola düşdü

10:55 - April 24, 2024
Xəbər sayı: 3495829
İQNA - İranlı zəvvar qrupu 9 illik fasilədən sonra Səudiyyə Ərəbistanına gedəcək. Bu, ümrəni yerinə yetirən ilk İran qrupu olacaq.

"İQNA", Həcc informasiya mərkəzinin verdiyi məlumata istinadən xəbər verir ki, ilk Ümrə qrupu bazar ertəsi səhər Beynəlxalq İmam Xomeyni (r.ə) hava limanından yola salınıb.

Xəbərə görə, 85 nəfərlik iki qrupdan ibarət ilk Ümrə qrupu Mədinəyə doğru yola düşüb.

İranın Kürdüstan və Kirmanşah vilayətlərindən gələn ümrə zəvvarları Vəhy diyarına gedərək 5 gün Mədinədə, 5 gün isə Məkkədə qalacaqlar.

Onlar Peyğəmbərimizin (s) məqbərəsini və Bəqi qəbiristanlığını ziyarət edəcək, ümrə mərasimlərini yerinə yetirəcəklər.

İrandan gələn ilk qrupun 9 ildən sonra ilk dəfə Ümrə ziyarətinə ötən ilin dekabrında qatılması planlaşdırılsa da, bəzi texniki maneələrə görə təxirə salınıb. Lakin Həcc və Ziyarət rəsmilərinin və ölkənin digər yüksək vəzifəli şəxslərinin səyləri ilə bu maneələr aradan qaldırıldı və uçuşlar yenidən başladı.

4211717

Teqlər: həcc ، ümrə həcci ، iran ، məkkə ، mədinə
captcha