IQNA

Misirin paytaxtı Qahirədə təhlükəsizlik tədbirləri gücləndirildi

9:02 - January 13, 2018
Xəbər sayı: 3482634
Həzrət İmam Hüseynin (ə) mübarək başının Misirə aparılmasının sufilər tərəfindən bayram mərasimi keçirildiyi günlərdə paytaxt Qahirədə təhlükəsizlik tədbirləri gücləndirildi.

Misirin paytaxtı Qahirədə təhlükəsizlik tədbirləri gücləndirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət İmam Hüseynin (ə) mübarək başının Misirə aparılmasının sufilər tərəfindən bayram mərasimi keçirildiyi günlərdə paytaxt Qahirədə İmam Hüseyn (ə) məscidinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirildi.

Sufilər və Misir şiələri inanırlar ki, Həzrət İmam Hüseynin (ə) mübarək başı Şamdan Qahirəyə gətirilərək hazırda “Rə`sul- Hüseyn (ə) məscidi” adı ilə məşhur olan yerdə dəfn edilmişdir. Buna görə də müxtəlif SUFİ təriqətlərinin davamçıları hər il Rəbius-Sani ayının 21-dən 28-dək bu münasibətlə mərasimlər keçirirlər.

Yanvar ayının 9-da başlayan bu mərasimlər gələn həftənin ikinci gününədək davam edəcək. Qahirədə keçirilən bu mərasimlərə Misirin müxtəlif bölgələrindən sufilər və şiələr qatılacaqlar.

Əhli-Sünnənin böyük tarix və hədis alimi Sibt ibn Cövzi (vf. 654 hq) yazır: “Fatimi xəlifələri Həzrət Hüseyn ibn Əlinin (ə) mübarək başını Dəməşqin “Fəradis” qapısından Əsqəlana (hazırda işğal edilmiş Fələstin torpağı) apardılar. Daha sonra Qahirəyə apararaq orada dəfn etdilər. Qəbirin üzərində böyük və əzəmətli türbə tikdilər”.

http://iqna.ir/fa/news/3681247

Teqlər: iqna ، misir ، qahirə ، rə%60sul-hüseyn ، sufi
captcha