İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Cənubi Hollandiyanın Haaqa şəhərinin "Kövsər Mədəniyyət Müəssisəsi" hər həftənin Cümə günü axşamlar Qurani-Kərimin tilavət qaydaları və təcvid hökmlərinin təlimi kurslarını təşkil edir.
Həftənin Cümə günləri axşam saatlarında Hollandiyanın Haaqa şəhərinin "Kövsər Mədəniyyət Müəssisəsi"nin nəzdində fəaliyyət göstərən Daqurl-Quranın təşəbbüsü ilə təşkil olunan bu kursların hədəfi bu ölkədə yaşayan müsəlmanlara Qurani-Kərimin düzgün tilavəti üsullarını və təcvid qaydalarını öyrətməkdir.
Bu Quran dəsrləri hər həftənin Cümə günü, axşam saat 7:30-dan başlayır. Dərslərdə iştirak etmək hamı üçün azaddır və dəsrlər artıq keçən Cümə günündən (12 Oktyabr 2018-ci il) başlamışdır.
Həftədə bir dəfə keçirlən bu Quran kusrlarında Hollandiyada yaşayan məşhur qarilər Cəfər Bədri və Hac Əli Türəyhi tədris edirlər.
Cənubi Hollandiyanın Haaqa şəhərinin "Kövsər Mədəniyyət Müəssisəsi"nin Darul-Quranı 2014-cü ildə təsis edilmişdir.