IQNA

Beynəlxalq Quran Müsabiqəsinin üçüncü günündə 10 qari, hafiz və tərtil oxuyanın çıxışı

8:39 - February 19, 2024
Xəbər sayı: 3495490
İQNA – Kişilər bölməsində beynəlxalq Quran yarışlarının üçüncü günündə 10 iştirakçı təhqiq qiraəti, tərtil qiraəti və Quranı bütövlükdə əzbərləmək sahələrində yarışıblar.

"İQNA", xəbər verir ki, İranın 40-cı Beynəlxalq Quran Müsabiqəsinin üçüncü gününün kişilər bölməsi üzrə günortadan sonrakı iclası 18 fevralda dördü məktəbli bölməsində və böyüklər bölməsində altı iştirakçı olmaqla 10 iştirakçının çıxışı ilə başlayıb.

İlk olaraq məktəbli bölməsinin iştirakçıları çıxış ediblər. Bu bölmədə Qurani-Kərimin bütövlükdə əzbərlənməsi sahəsində ilk olaraq Pakistandan Məhəmməd Navid, ardınca qiraət sahəsində Əfqanıstandan Əmir Hüseyn Nəbizadə və bütün Quranı əzbərləmə sahəsində Nigeriyadan Abdullah Abdullahi Girai və Malayziyadan Əhməd Əbrar qiraət sahəsində yarışıb.

Fasilədən sonra növbə böyüklər bölməsindəki iştirakçılara çatıb. Bu bölmədə nigerli Übeydullah Bobkaranqo Qurani-Kərimi bütünlüklə əzbərləmək sahəsində münsiflər heyətinin suallarını cavablandırıb.

Daha sonra qiraət sahəsində Livandan Mehdi Şəmuni, tərtil sahəsində İndoneziyadan Əbdülmənnan Əhməd Fəvzi, Quranı bütövlükdə əzbərləmək sahəsində Fil Dişi Sahilindən Drami İsmaili, qiraət sahəsində Tailanddan Mustafa Branon və tərtil sahəsində suriyalı Bilal Əl-Şeyx Xalid çıxış edib.

Ötən günlər kimi bu gündə də müsabiqə iştirakçılarının və münsiflər heyətinin istirahəti zamanı İranın beynəlxalq qariləri qiraət etməyə dəvət olunublar. İlkin qiraəti və yarışın başlanğıcını İranın beynəlxalq qarisi Seyid Məhəmməd Hüseynpur qiraət edərək açıb.

Həmçinin İranın beynəlxalq qarisi Səid Pərvizi “Azəngahı” qiraət edib. İranın digər beynəlxalq qarisi Qasim Müqəddəmi isə müsabiqənin yekun qiraətini icra edib.

Habelə İsfahan vilayətinin Şamisə qrupu proqramla çıxış edib və İranın şairlərindən Məcid Tal şeir deyib.

4200520

captcha