IQNA

Papa Fransisk: “Ürəyimiz Beyt-Ləhmdədir”

16:11 - December 26, 2023
Xəbər sayı: 3495186
İQNA – Dünya katoliklərinin lideri Roma Papası Fransisk Milad bayramlarının başlanması münasibəti ilə etdiyi çıxışda “Bu gecə qəlbimiz Beyt-Ləhmdədir” deyib.

"İQNA", "Frans24" saytına istinadən xəbər verir ki, Papa bazar günü gecə Vatikanda Müqəddəs Pyotr kilsəsində etdiyi çıxışda bunları deyib: “Bu gecə ürəyimiz Sülh Şahzadəsinin müharibənin absurd məntiqi ilə uzaqlaşdırıldığı Beytləhmdədir.

"Biz müharibədən əziyyət çəkən bacı və qardaşlarımıza yaxınıq - Fələstin, İsrail və Ukraynanı düşünürük", - Papa bazar günü həftəlik duasında deyib.

O, həmçinin Qəzza ilə bağlı ciddi və üzücü xəbərlər almağa davam etdiyini və silahsız mülki şəxslərin hədəfə alındığını bildirib. O, Həzrət İsanın (ə) doğulduğu Beyt-Ləhmin ən tənha və ən kədərli illərindən birini yaşadığını bildirdi.

4189805

captcha