IQNA

İslam dünyasının məşhur alimləri / 36

Quranın əlyazma nüsxələrinin tarixinə qısa səyahət

9:27 - November 27, 2023
Xəbər sayı: 3495046
TEHRAN (İQNA) – Quranın mətninin Məhəmməd Peyğəmbərə (s) nazil olandan bəri heç bir dəyişikliyə məruz qalmaması bütün müsəlmanlar və bir çox tədqiqatçılar tərəfindən təsdiqlənmiş bir məsələdir.

Quran alimləri Quranın ilk əlyazmalarının tarixi barədə araşdırma aparıblar.

Fransız tədqiqatçısı Fransua Deroş “Əməvilər dövrünün Quranları: Ən qədim kitablara giriş” adlı kitabında Qurani-Kərimin ən qədim əlyazmalarını araşdırıb.

Deroş araşdırmalarında ilk olaraq bölgəyə və xəttatlara görə yazı üsulları ilə məşğul olur. Daha sonra əlyazmalarda istifadə olunan mürəkkəb, kağız və müxtəlif materiallara əsaslanaraq yazı növlərinin illər üzrə inkişaf mərhələlərini üzə çıxarır. Eynilə, o, Quran mətnində tapılanların həqiqiliyinin təsdiqində bu əlyazmaların rolunu vurğulayır.

Müəllif kitabda Quranın ilk əlyazma nüsxələrini səhifə, xəttatlıq, bəzək və hərf ölçüsü baxımından müxtəlif üsullarla təqdim edib və araşdırıb. O, həmçinin Quran mətninin yazıldığı dəri növünü də müqayisə edib.

Kitabın birinci hissəsi Əməvilər dövrünə aid əlyazmalara əsaslanır və onların əksəriyyəti Paris və Sankt-Peterburqda qorunub saxlanılır.

İkinci hissədə müəllif İstanbul, London və Sankt-Peterburqdakı üç əlyazmanı yaxından araşdırır. O, Yəmənin Səna və Tunisin Kayruan şəhərlərindəki əlyazmalardan da bəhs edir. Bu əlyazmaların ümumi görünüşü, xüsusən yazı üslubu ən qədim Quran əlyazmaları qrupuna bənzəyir.

Mümkündür ki, bu əlyazmalar eramızın 695-ci ildən əvvəl və Dəməşqdə beşinci Əməvi xəlifəsi Əbdülməlik İbn Mərvanın (646-705) hakimiyyəti dövrünə aid olsun.

Üçüncü fəsildə müəllif əlyazmaların formatındakı dəyişiklikləri araşdırır. Burada Qurani-Kərimin əlyazmalarında irəliləyişi göstərən şaquli düzülüşlü iki böyük nüsxədən bəhs edilir.

Deroş bu iki əlyazmanı “Şam Əməvi əlyazmaları” kimi təsvir etmişdir. Nüsxələrdən biri İstanbulda, digəri isə Sankt-Peterburq və Parisdə qorunub saxlanılır. Bu nüsxələrin hər ikisində dekorasiyalar var.

Sonuncu fəsildə müəllif imperiya əlyazmalarını (Osmanlı əlyazmaları) araşdırır. Müəllif, biri Yəmənin Səna şəhərində, digəri isə Almaniyanın Dablin şəhərində qorunan iki əlyazma nüsxəsini də xatırladır.

Deroş iki nüsxənin də Əməvilər dövründə hazırlandığını bildirir. Bu mərhələdə Əməvi əlyazmalarının hazırlanmasında Quran nüsxəsinin gözəlliyinə daha çox önəm verildiyini bildirir.

captcha