IQNA

Yəmənin baş müftisi birlik konfransında:

İslam ümmətinin Quran və dini dəyərlərə bağlılığı təkfirçilik və terrorla mübarizə yoludur

11:37 - October 02, 2023
Xəbər sayı: 3494818
TEHRAN (IQNA) – Yəmənin baş müftisi Şəmsuddin Şərafuddin İslam ölkələrində törədilən terror aktları, o cümlədən Pakistandakı son hücumlarda Amerika və İsraili günahlandırıb və deyib: "İslam ümmətinin Allahın Kitabı və Peyğəmbərin (s) Sünnəsinin təqdim etdiyi dəyərlərə bağlılığı təkfirçilik və terrorla mübarizə yoludur.

"İQNA", xəbər verir ki, Yəmənin baş müftisi Şəmsuddin Şərafuddin bu konfransın açılış mərasimindəki çıxışının əvvəlində Yəməndə Həzrət Peyğəmbərin (s) mövludu münasibəti ilə möhtəşəm şənliklərin və böyük ictimai toplantıların təşkilindən bəhs edib. Onları tarixi və görünməmiş bir hadisə kimi vəsf edib və deyib: "Belə ayinlər bütün müsəlmanların xeyrinədir".

O, Yəmən xalqını və onların Qurani-Kərimin təlimlərinə və Peyğəmbərin (s) sünnəsinə bağlılıqlarını gözəl nümunə adlandırıb və deyib: "Amerikalıların və israillilərin hegemonluğu Yəmən xalqının varlığı və səbri sayəsində ümidsizliklə nəticələndi.

 

Yəmənin baş müftisi Yəmən xalqının təcavüzkarların hücumlarına qarşı səkkiz doqquz illik müqavimətinə işarə edərək dedi: "Yəmən xalqının qələbəsinin sirri öz inqilabi mövqelərinə sadiq qalmasıdır. Çünki Yəmən inqilabı qəbiləçilik və irqçilik üzərində qurulmamışdı, lakin Yəmən xalqı Qurani-Kərim dəyərlərini müdafiə edirdi".

O, İsveç və Danimarkada dəfələrlə Qurani-Kərimin təhqir olunmasını və İslami müqəddəslərə qarşı hər hansı hücumu sionist hiyləsi adlandırıb və deyib: "İslam məzhəblərinin bir-birinə yaxınlaşması və müsəlmanların birliyi bu sui-qəsdlərlə mübarizənin yoludur".

Şərafuddin ötən cümə günü Pakistanda baş verən terror hücumları da daxil olmaqla İslam ölkələrində törədilən terror aktlarının arxasında Amerika və İsrailin olduğunu bildirib və deyib: "İslam ümmətinin Allahın kitabı və Peyğəmbərin (s) sünnəsinin təqdim etiyi dəyərlərə bağlılığı təkfirçilik və terrorla mübarizə aparmaq yoldur.

Yəmənin baş müftisi çıxışının sonunda müsəlmanlar arasında Allah yolunda cihadın dəyərinin gücləndirilməsinin vacibliyini vurğulayaraq dedi: "Allah yolunda cihad ikinci dərəcəli məsələ olmamalıdır. Daha doğrusu, buna üstünlük verilməlidir. O, müsəlmanların əsl düşməni və insan fitrətinə düşmən olan Amerika və İsrailin müsəlmanların qarşısında diz çökdüyü vaxtdır".

4172339

captcha