IQNA

İordaniya vətəndaşının muzeyində miniatür Quran

16:32 - May 10, 2023
Xəbər sayı: 3494155
İordaniya vətəndaşı İbrahim Əhməd Nəvvar şəxsi muzeyində uzunluğu 2,5 sm, eni 1,5 sm olan miniatür (kiçik) Quran kitabı saxlayır.

İordaniya vətəndaşının muzeyində miniatür Quran"İQNA", xəbər verir ki, İordaniyanın Əl-Səlt şəhərində yaşayan 62 yaşlı İbrahim Əhməd Nəvvar “Xalq İrsinin Daimi Muzeyi” adlı şəxsi muzey yaradıb.

Muzeydəki əsərlər arasında uzunluğu 2,5 sm, eni 1,5 sm olan dünyanın ən kiçik çap olunmuş Qurani-Kərim də var.

Çap tarixi məlum olmayan Quranın bu variantında Quranın bütün surələri mündəricat ilə birlikdə yer alır. Onun səhifələri zərif, zərli və nömrələnmiş, sətirləri ancaq mikroskopla oxuna bilir.

Mütəxəssislər Quranın bu çap variantının yaşının 100 ildən çox olduğunu və çapının 20-ci əsrin əvvəllərinə aid olduğunu təxmin ediblər.

4139390

captcha