"İQNA", "About İslam"-a istinadən xəbər verir ki, hər il psixi sağlamlıq həkimi olan Əhməd Henker Milad bayramlarında xristian həmkarlarına ailələri ilə birlikdə bayram keçirə bilmələri üçün könüllü olaraq işləyir. Müsəlman həkim son 12 ildə bayram növbələrində xidmət edib.
Henker tvitində yazıb ki, "mən psixi sağlamlıq üzrə mütəxəssisəm". Son 12 ildir ki, həmkarlarım bu günləri sevdikləri ilə qeyd edə bilsinlər deyə, növbələr götürmüşəm.
Henker bayramlarda könüllü olaraq xidmət edən yeganə xristian olmayan həkim deyil. İllərdir ki, müsəlmanlar Milad və digər bayramlarda qeyri-müsəlman həmkarlarının yerinə könüllü olaraq xidmət edirlər.
Bu müsəlman həkimin hərəkəti sosial şəbəkələrdə geniş təqdirlə qarşılanıb. İstifadəçilərdən biri Delina Di Santo tvitində yazıb: "Bu, çox müsbət bir hərəkətdir; Bayram günlərində tibbi xidmət sektorunda həmkarlarınıza və xəstələrinizə göstərdiyiniz sevgiyə görə sizə təşəkkür edirəm".
Başqa bir istifadəçi tweetində yazıb: "Bu, sizin xeyirxahlığınızdır. Mənə insanlığa ümid verdiyin üçün təşəkkür edirəm".
Başqa bir istifadəçi Milad təbriki ilə yazıb: "Sən nə əfsanəsən!".
Robin Williams Adams da tweetində qeyd edib: "Təşəkkür edirəm və ümid edirəm ki, həmkarlarınız da dini bayramınızda sizin üçün eyni şeyi edəcəklər".
4110063