IQNA

Peyğəmbər (s) heç bir müharibəni başlayan olmayıb

11:37 - November 01, 2022
Xəbər sayı: 3493182
Tarixi kitablara istinad etməklə aydın olur ki, Peyğəmbər (s) dövrünün bütün müharibələri müdafiə xarakterli olub. Həzrət Peyğəmbər (s) heç bir müharibəyə başlamamışdır.

Peyğəmbərin (s) dövrünün təfərrüatlı tarixi əsərlərini nəzərdən keçirərək və tədqiq etməklə başa düşürük ki, Həzrət Məhəmmədin (s) müxtəlif mövzularda, o cümlədən dövrünün döyüşlərindəki metodu maraqlıdır.

Tarixi kitablarda mövcud olan mənbələrə və müxtəlif müharibələrin təhlilinə əsasən belə bir nəticəyə gəlirik ki, Peyğəmbərin (s) dövründəki əsas müharibələrin sayı 4-5 müharibə arasında olmuşdur.

Tarixçilər deyirlər ki, bütün bu müharibələr kafirlərlə olub və müdafiə xarakteri daşıyır. Peyğəmbər (s) buyurur: "Düşməndən əvvəl müharibəyə başlama".

Həzrət Əlinin (ə) dövründə də üç müharibə olmuşdur. Onun da tərzi belə idi və heç bir müharibəni o həzrətin qoşunu başlamadı.

İslamın metodu hikmət və ağıl üzərində qurulmuşdur. Bu dinin göstərişlərinə əsasən heç kəs dindar olmağa məcbur edilə bilməz. Qurani-Kərimin bir çox ayələri İslamın sülhün və birgəyaşayışın ciddi tərəfdarı olduğunu göstərir.

Quranın 100 ayəsində aparılan araşdırmalara əsasən aydın olur ki, müsəlmanların müqəddəs kitabında 17 sahədə müharibə və zorakılığa açıq-aşkar müxaliflik var.

Ayələrdə və Həzrət Peyğəmbərin (s) həyat tərzində birgəyaşayış və sülhə çox diqqət yetirildiyi üçün İslamı zorakılıq dini kimi tanıtmaq əsassız məsələ sayılır.

Məsələ burasındadır ki, ilahi və hətta qeyri-ilahi dinlərin əxlaqi mahiyyəti var. Din əxlaqsızlığı, müharibəni, qan tökməyi yaya bilməz.

İmam Əli (ə) Malik Əştərə yazdığı məktubda buyurur: "Qan tökməkdən çəkinin, çünki heç bir şey nahaq qan tökmək qədər hökumətin məhvinə səbəb olmaz".

Odur ki, İslamın zorakı din olması üçün göstərilən dəlillər həqiqətə uyğun deyil. Peyğəmbərin (s) müdafiə döyüşləri və İslam dinində sülh yaratmaq üçün irəli sürülmüş çoxsaylı həll yolları bu məsələni sübut etmək üçün tutarlı bir dəlildir.

Tarixi və İslami kitablardakı məzmunlara görə İslam və Quran adına edilən zorakılıqlar Peyğəmbərin (s) vəfatından sonra başlayıb. və İslam adı ilə tanınan azğın qruplar şəklində bu günə qədər də davam edir.

captcha