IQNA

Həcc mədəni islam cəmiyyətinin təzahürüdür

7:39 - July 10, 2022
Xəbər sayı: 3492528
Livanlı Quran tədqiqatçısı Seyyid Bilal Vəhəbi həccin ən mühüm ibadətlərdən və İslamın əsaslarından biri olduğuna işarə eədərək deyib: "Həcc islami kimlik və prinsipləri dirçəltməkdə qəribə bir gücə malikdir. Hacılar Allahın qonağıdırlar. Onlar nəfsani istəklərdən uzaq olmaq və Allahın iradəsini yerinə yetirmək üçün uzaqdan və yaxından gəlirlər".

Livanlı Quran tədqiqatçısı Seyyid Bilal Vəhəbi Həcc və Qurban bayramı ilə bağlı "İQNA"-ya müsahibəsində deyib: Uca Allah Qurani-Kərimdə buyurur: "İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər cür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər. Belə ki, öz mənfəətlərinin şahidi olsunlar" (Həcc, 27-28). Həcc İslamda ən mühüm ibadətlərdən sayılan və İslamın rükünlərindən biri olan bir ayindir. İslamın rüknləri namaz, oruc, həcc, zəkat, beşinci sütun isə Allahın, Onun Rəsulunun və Allaha iman gətirənlərin vilayətidir.

O əlavə edib ki, Həcc bir ibadət hesab edildiyi üçün onun məqamı digər ibadətlərlə eynidir. Allah-taala həccin maddi və mənəvi nemətlərindən bəhrələnmək üçün imkanı olanlara həcci vacib etmişdir.

Vəhəbi bildirib ki, hamımız bilirik ki, Allah göstərişlərində insanın məsləhətini nəzərə alır. Ya ona fayda gətirər, ya da zərəri ondan dəf edər. Əgər bu məsləhət zəruri olarsa, Allah-taala onu möminə vacib edir. Əgər zəruri olmasa, buna ehtiyac yoxdur.

Seyyid Bilal Vəhəbi qeyd edib ki, Həcc bütün bu faydaları özündə cəmləşdirən bir ibadətdir. Təkcə onu demək kifayətdir ki, Həcc namaz, zəkat, infaq, qurban kəsmə, səbir və mübarizə, nəfsin istəklərindən azad olmaq, bütün aləmlərdən azad olmaq kimi hərtərəfli bir ibadətdir. Həcc insana fayda verən bütün bu ibadətləri ehtiva edir.

O, deyib ki, mən burada həccin üç mühüm təsir və qüdrətinə işarə edirəm:

Birinci qüdrət budur ki, Həcc islami kimlik və prinsipləri dirçəltməkdə qəribə bir gücə malikdir. Çünki hacılar nəfsani istəklərdən uzaq olmaq və Allahın iradəsini yerinə yetirmək üçün uzaqdan və yaxından gəlirlər.

Həcc həm də yüksək sivilizasiya gücünə malikdir. Çünki Həcc humanist və İslam cəmiyyətinin sivil nümunəsini təzahür etdirir.

Həcc zamanı məzhəbi mənsubiyyətindən asılı olmayaraq bütün müsəlmanlar bütün ayinlərini başqalarının qarşısında sərbəst şəkildə yerinə yetirirlər. Bu o deməkdir ki, Həcc bir məzhəbin ardıcıllarını digər məzhəblərin ardıcıllarına tanıtdırır. Beləliklə, Həcc zamanı müsəlmanlar arasında qarşılıqlı əlaqə ilə aralarında qardaşlıq münasibəti olan möhkəm bir əlaqə qurulur. Çünki belə deyil ki, bu dəstədə bir qədər müşrik və bir qədər mömin var. Əksinə, onların hamısı müsəlmandır.

4069647

 

 

 

 

 

captcha