"İQNA", "Qaf " Quran Xəbər Agentliyinə istinadən xəbər verir ki, "Zikri Həkim" Quran yarışı "وَلَذِكْرُ اللهِ أَكْبَرُ" şüarı ilə Manamada İmam Məhəmməd Cavadın (ə) mövludu ilə eyni gündə başlayıb.
Bu yarışmanın açılış mərasimi İmam Cavadın (ə) mövludu ilə eyni vaxtda mənəvi atmosferdə keçirilib. Müsabiqə üç gecə davam edib.
Qeyd edək ki, Qurani-Kərimin qiraəti, əzbəri və təfsiri, həmçinin Qurani-Kərimin xəttatlığı və Qurani-Kərim mövzularında fotoşəkillərin çəkilməsi sahələrində hər il uşaqlar və böyüklər arasında "Zikr Həkim" Quran yarışları keçirilir.