IQNA

Terrorçular Qurandan sünnəsiz çıxarış edirlər

8:54 - May 31, 2021
Xəbər sayı: 3489945
Misrin müftisi Şövqi Əllam bu ölkənin "Səda əl-Bələd" peyk televiziyası ilə çıxışında bildirib ki, terrorçular Qurandan özbaşına və Peyğəmbərin (s) sirə və sünnəsindən istifadə etmədən yanlış çıxarışlar edirlər.

O əlavə edib: Təkfirçi, irfatçı, radikal və terroristlərin sözləri və rəftarlarını izləyənlər müşahidə edirlər ki, bu qruplar əməldə təkfirçi əqidələrinə söykənirlər.

Şövqu Əllam vurğulayıb: Radikal cərəyanlar belə iddia edirlər ki, təkcə onlar İslam dinini anlayırlar və təkcə onlar İslam təlimlərinə əməl edilər. Təkcə özlərini müsəlman hesab edir və digərlərinin müsəlman olmadığını deyirlər. Halbuki onlar dini mətnləri anlamır və onların necə icra ediləcəyini qanmırlar.

Misrin müftisi vurğulayıb: Terrorçular Quran ayələrindən səhv çıxarış edirlər. Onların Quran bəzi ayələrini görür, bəzilərini görmürlər, Peyğəmbərin (s) sirə, sünnə və sözlərini görməzdən gəlirlər. Sünnəyə əməl etmirlər. Halbuki dini mətnləri anlamaq üçün Peyğəmbərin sünnəsinə xüsusi diqqət yetirmək vacibdir. /iqna

Teqlər: təkfir ، terror ، radikalizm ، sünnə
captcha