IQNA

Londonda küçələrə çıxmış minlərlə insan “İsrail terrorçudur!” şüarı səsləndirdi

12:34 - May 25, 2021
Xəbər sayı: 3489907
Britaniyanın paytaxtında, məzlum Fələstin xalqına dəstək və sionist rejimə qarşı çoxminlik mitinq keçirilib.

Britaniyanın paytaxtında, məzlum Fələstin xalqına dəstək və sionist rejimə qarşı çoxminlik mitinq keçirilib.

CNN uzun illərdir təcavüzə məruz qalmış Fələstin xalqını dəstəkləyən, London daxil olmaqla, dünyada keçirilən çox saylı etirazlara dair xəbərlər yayır.

"Deyerler.org"un Yaxın Şərq KİV-nə istinadən verdiyi xəbərə görə, mayın 22-si günün ikinci yarısından sonra minlərlə etirazçı Viktoriya sahilindən Qayd parka doğru yürüş edib.

Toplananlar şüar lövhələri və Fələstin bayraqlarını daşımaqla, fələstinlilərə dəstək olduqlarını nümayiş etdirib.

Bir çox etirazçı özləri ilə birlikdə "Fələstinə azadlıq" şüarı yazılmış transparantlar gətirib.

Nümayiş zamanı "İsrail terrorçudur!", "Biz hamımız fələstinliyik" şüarları səsləndirilib. Həmçinin məşhur Daun Strit (Downing Street) küçəsində “Conson, utanmırsan?” şüarı səsləndirilib.

Ayrıca İndependent (The Independent) qəzeti də Britaniyanı sionist İsrail rejiminə silah sataraq Qəzzada mülki şəxslərin öldürülməsində iştirak etməkdə günahlandırıb.

captcha