IQNA

İşğalçı rejim son 5 həftədə təxminən 2 min fələstinlini həbs edib

10:21 - May 25, 2021
Xəbər sayı: 3489902
Bu barədə Fələstin Məhbusları Komitəsi Departamentinin rəhbəri və Qəzza monitorinq komitəsinin üzvü Əbdül Nasir Fərvane bildirib.

İşğalçı İsrail hərbçiləri gecə saatlarında İordan çayının qərb sahili və Şərqi Qüdsdə 41 fələstinlini həbs edib.   

Fələstinli Əsirlər Dərnəyi İsrail qüvvələrinin gecə saatlarında İordan çayının qərb sahili və Şərqi Qüds bölgələrinə basqın etdiyini açıqlayıb.   

Bu basqınlar zamanı Şərqi Qüdsdə 24, İordan çayının qərb sahilində isə 17 fələstinli həbs olunub. 

Qeyd edək ki, işğalçı rejim son 5 həftədə təxminən 2 min fələstinlini həbs edib.

Bu barədə Fələstin Məhbusları Komitəsi Departamentinin rəhbəri və Qəzza monitorinq komitəsinin üzvü Əbdül Nasir Fərvane bildirib. 
Onun sözlərinə görə, İsrail 1967-ci ildən bəri təxminən 500 min fələstinlini həbs edib.
Fərvane onu da vurğulayıb ki, 5 həftədə həbs olanların əksəriyyəti sionist rejim  quvvələri ilə Qüds, Əbu Cərrah məhəlləsi və digər məntəqələrdə qarşıdurmada həbs eidlib. /maide.az
Teqlər: israil ، qəzza ، əsir ، həbs
captcha