IQNA

Hindistanlı şiə alim MÜRTƏD elan edildi

10:06 - March 15, 2021
Xəbər sayı: 3489455
Tehran (IQNA) - Hindistanın Utar-Pradeş əyalətinin sabiq İslami Fondlar Şurasının rəisi Vəsim Rəzəvi Qurani-Kərimdən 26 ayənin çıxarılması tələbi ilə ali məhkəməyə müraciət edib.

Tehran (IQNA) - Hindistanın Utar-Pradeş əyalətinin sabiq İslami Fondlar Şurasının rəisi Vəsim Rəzəvi Qurani-Kərimdən 26 ayənin çıxarılması tələbi ilə ali məhkəməyə müraciət edib.

O iddia edib ki, radikalizm və zorakılığı təbliğ edən bu 16 ayə Peyğəmbərin (s) vəfatından sonra Qurana əlavə edilib.

Vəsim Rəvəzvinin bu addımı Hindistanın şiə və sünni müsəlman alimləri və müsəlman cəmiyyətləri tərəfindən məhkum edilib.

Hindistanın məşhur şiə ruhanisi və "Hindistan Alimlər Məclisi"nin baş katibi Mövlana Kəlb Cavad və əhli-sünnə alimi Mövlana Xalid Rəşid ötən həftənin Cümə günü bəyanat yayaraq Vəsim Rəzəvinin bu iddiasını məhkum ediblər, küfr danışdığı və cəmiyyətin sabitliyini pozmağa çalışdığı üçün onun həbs edilərək cəzalandırılmasını istəyiblər.

"Hindistan Alimlər Məclisi"nin baş katibi Mövlana Kəlb Cavad deyib: Vəsim Cavad ən tez zamanda həbs edilməlidir. O küfr danışır və anti-müsəlman şəbəkələrin casusudur. Məhkəmə onun İslami Fondlar Şurasına rəis olduğu zamanda korrupsiyasını araşdırdığı üçün o, fikirləri yayındırmaq və özü üçün toxunulmazlıq əldə etmək istəyir.

Bundan əlavə şiə müsəlmanların alimi Kəlb Sibteyin Nuri və əhli-sünnə müsəlmanların alimi Mövlana Fəzl Mənnan bəyanat yayaraq Vəsim Rəzəvini mürtəd elan ediblər, onun İslamdan xaric olduğunu vurğulayıblar və buna görə də cəzalandırılmasını istəyiblər.

Mövlana Fəzl Mənna vurğulayıb: Vəsim Rəzəvi İsrail casusudur. Onun işi cəmiyyətdə vəhdəti və sülhü pozmaqdır.

Şiə alimi Kəlb Sibteyin Nuri vurğulayıb: Vəsim Rəvəzi bundan öncə də müsəlmanların məzhəbi hissləri ilə oyun oyanıb. O, müsəlman cəmiyyətindən biri deyil. Onun pis niyətləri var. Dövlət onu həbs etməsə, məlum olacaq ki, cəmiyyətdə sabitsizliyin, hərc və mərcin tərəfdarıdır. Rəzəvi şiə və müsəlman deyil. Dövlət onun əleyhinə ciddi qanuni addımlar atmalı və gecikmədən onu asayişi pozduğu üçün həbs etməlidir. iqna

 

captcha