IQNA

İran, Azərbaycanda İslami əlyazmaların təmiri və bərpası kursları təşkil edəcək

7:02 - October 15, 2020
Xəbər sayı: 3488368
Tehran (IQNA)  - İran İslam Respublikasının Milli Kitabxanasının rəisi Azərbaycan Milli Kitabxanasının arxiv işçilərinə İslami əlyazma nüsxələrinin təmiri və bərpasını öyrətməyə hazır olduğunu deyib.

Bu barədə İranın Milli Kitabxana və Tarixi Sənədlər Təşkilatının rəisi xanım Əşrəf Brucerdi ilə İranın Azərbaycandakı Mədəniyyət Əlaqələri Mərkəzinin rəisi Qurbanəli Purmərcan arasında keçirilən görüşdə danışılıb.

İranın Milli Kitabxana və Tarixi Sənədlər Təşkilatının rəisi xanım Əşrəf Brucerdi bu görüşdə İranın Milli Kitabxana və Tarixi Sənədlər Təşkilatının dünyanın müxtəlif yerlərində pərakəndə səpələnmiş İslami əlyazma nüsxələrin kataloqlaşdırdığına və siyahısını harızladığına diqqət çəkər deyib: İran və Azərbaycanın mədəni əlaqələrini və müştərək mədəniyyətini nəzərə alaraq Azərbaycan ilə bu sahədə həmkarlıq etməyə hazırıq.

Xanım Əşrəf Brucerdi bu görüşdə Azərbaycan Milli Kitabxanasının əlyazma kitab və sənədlərin arxiv işçilərinə əlyazma nüsxələrin təmir və bərpasını öyrətmək üçün kurslar təşkil edilməsi və təcrübə təbadülü təklifinə də razılıq verib.

İranın Azərbaycandakı Mədəniyyət Əlaqələri Mərkəzinin rəisi Qurbanəli Purmərcan bu görüşdə İran və Azərbaycan arasında bir çox müştərək mədəni əlaqələr və həmkarlıq mövcudluğuna işarə edərək deyib: Azərbaycandakı milli və dini əlyazma nüsxələrin çoxu təmir və bərpa edilməlidir. Biz bu mövzuda İranın Milli Kitabxan və Tarixi Sənədlər Təşkilatının tərcübələrini Azərbaycana ötürməyə hazırdır. Həmçinin İran kitabxanalarında olan əlyazma mənbələrinin hamısının elektron nüsxəsini Azərbaycan Milli Kitabxanası arxivinə verə bilərik.

Xanım Əşrəf Brucerdi də bu təklif ilə razılaşaraq İranın Milli Kitabxanasının 40 min əlyazma nüsxəsinin elektron versiyasını Azərbaycanlı araşdırmaçılar və elm əhlinin istifadəsi üçün təqdim etməyə hazır olduqlarını vurğulayıb.     /3929253

captcha