IQNA

Bu gün Zil-Hiccə ayının "hilal"ı görünmədi; Cümə günü Qurban bayramıdır

23:09 - July 20, 2020
Xəbər sayı: 3487684
Tehran (IQNA) -  Səudiyyə Ərəbistanın Ali Dini Məhkəməsi bu gün (20 İyul 2020) qürub çağı mübarək Zil-Hiccə ayının hilalının görünmədiyini elan edərək Qurban bayramının tarixini açıqlayıb.

Səudiyyə Ərəbistanın Ali Dini Məhkəməsi xalqdan bu gün (20 İyul 2020) 1441-ci hicri-qəməri ilinin mübarək Zil-Hiccə ayının hilalını axtarmalarını istəmişdi.

Bu gün qürub çağı izləmələrdə Zil-Hiccə ayının hilalı görünməyib. Buna görə də sabah, həftənin Çaharşənbə Axşamı günü, 21 İyul 2020-ci il, mübarək Zil-Qədə ayının son günüdür.

Bu hesabla 1441-ci ilin Qurban bayramı (10 Zil-Hiccə) gələn həftənin Cümə günü, 21 İyul 2020-ci il tarixinə təsadüf edəcəkdir.

Qeyd edək ki, Məkkənin təhlükəsizlik qüvvələri İyul ayının 19-dan Avqust ayının 2-dək Mina, Ərəfat və Müzdəlifəyə girişi qadağan edib.  /3911628

captcha