IQNA

əl-Əzhər Papaya Həzrət Məsihin miladı münasibəti ilə təbrik dedi

7:50 - December 22, 2018
Xəbər sayı: 3484394
Misrin əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib Papa Fransiskə telefon edərək Həzrət İsa Məsihin (ə) mübarək mövludu münasibəti ilə dünya xristianlarını təbrik edib.

əl-Əzhər Papaya Həzrət Məsihin miladı münasibəti ilə təbrik dediİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib Həzrət İsa Məsihin (ə) qarşıdan gələn miladı münasibəti ilə dünya katoliklərinin dini rəhbəri, Romanın 266-cı papası və Vatikanın hökmdarı Papa Fransiskə təbrik deyib.

Misrin əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib Papa Fransiskə telefon edərək Həzrət İsa Məsihin (ə) mübarək mövludu münasibəti ilə dünya xristianlarını təbrik edib.

Dünya katoliklərinin dini rəhbəri, Romanın 266-cı papası və Vatikanın hökmdarı Papa Fransisk şeyxin bu sədaqətli və səmimi təbrikindən şad olduğunu bildirərək tez bir zamanda yenidən görüşəcəklərinə işarə edib.

Qeyd edək Papa Fransisk gələn ilin (2019) Fevral ayının 3-dən 5-dək BƏƏ-nin Əbu-Zəbi şəhərində keçiriləcək "Dinlər arasında beynəlxalq dialoq" iclasında iştirak edədək.

Bu barədə BƏƏ-nin rəis müavini və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Ali Məktum öz sosial şəbəkə hesabında xəbər verərək yazıb: Ümid edirəm ki, Papa Fransiskin bu iclasda iştirak etməsi dinlər arasında dini danışıqların gücləndirilməsi və insanlar arasında sülhə və qardaşlığa səbəb olacaq.

http://iqna.ir/fa/news/3773549

Teqlər: iqna ، məsih ، isa ، yeni il
captcha