IQNA

Amerikada ən böyük halal qida festivalı keçiriləcək

19:40 - June 26, 2018
Xəbər sayı: 3483381
Festivalın keçirildiyi məkana giriş üçün hər nəfər 7 dollar ödəməlidir. Mərasimdə maraqlı və həyacanlı proqramlar icra ediləcək və incəsənət əsərləri və zinət əşyları sərgilənəcəkdir.   

Amerikada ən böyük halal qida festivalı keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin şənbə günü, 30 İyun 2018-ci il, Amerikada altıncı dəfə ən böyük halal qida festivalı keçiriləcək. Bu dəfə festival Kaliforniyanın Ferimant şəhərində olacaqdır.

Bu festivalda halal qida məhsullarının satıcıları və Hindistan, Pakistan, Şərq ölkələri, Ərəb ölkələri, Aralıq dənizi ölkələri, Amerika və Afrika ölkələrinin yemək növlərini bişirməkdə məharətli halal qida hazırlayan aşpazlar iştirak edəcəklər. Onlar İslam hökmlərinə uyğun bişirdikləri halal yeməkləri təqdim edəcəklər.

Hazırda Amerikada yaşayan xarici müsəlmanların hazırladıqları halal yeməklər bu ölkənin vətəndaşları arasında da sevilir. Bu yeməklərin arasında "cayru" (kabab növü), "humus" (noxuddan hazırlanmış deser), "sinə kababı", "çat" (hind yeməyi) və "taku" da vardır.

Festivalın keçirildiyi məkana giriş üçün hər nəfər 7 dollar ödəməlidir. Mərasimdə maraqlı və həyacanlı proqramlar icra ediləcək və incəsənət əsərləri və zinət əşyları sərgilənəcəkdir.   

http://iqna.ir/fa/news/3725562  

Teqlər: iqna ، festival ، amerika ، halal qida
captcha